Jorj Leekens: “Bu, Azərbaycana bayram səfəri deyil”

Jorj Leekens: “Bu, Azərbaycana bayram səfəri deyil”
ÖLKƏ FUTBOLU 31 Avqust 2011 / 12:02 2112
-  A +

"Bizi çətin səfər, uzun yol və üç saatlıq vaxt fərqi gözləyir. Ancaq bu, futbolun bir hissəsidir. Başa düşürəm ki, bu, Azərbaycana bayram səfəri deyil. Biz orada öz oyunumuzu göstərib, qalib gəlməliyik. Bu isə futbolçularımızdan asılıdır”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Belçika millisinin baş məşqçisi Jorj Leekens Bakıya gəlməzdən öncə ölkə mətbuatına verdiyi açıqlamasında deyib. Sentyabrın ikisində millimizlə qarşılaşacaq Leekens oyunla bağlı iddialı danışıb:

“Azərbaycanla müqayisədə üstün keyfiyyətlərimiz çoxdur. Ancaq bu, qələbə üçün kifayət etmir. Ona görə də səfərdə oynamağımıza baxmayaraq, daim hücum edəcək və oyuna nəzarəti əlimizdə saxlamağa çalışacağıq. Azərbaycanla görüş digər rəqiblərimizlə oyundan heç nə ilə fərqlənmir. Meydana ancaq oynamaq üçün çıxacağıq”.

Daha çox


Son xəbərlər
17.05.25  15:18

Ronaldo yeni klub alır