Milli komandamız və “Neftçi” nin müdafiəçisi Ruslan Abışovun İsveçin “Erebru” klubuna transferi gözlənilsə də, keçid hələ də ləngiyir. Məsələ ilə bağlı futbolçunun qardaşı və meneceri Sərxan Abışov Qol.Az saytının suallarını cavablandırıb.
- Ruslanın “Erebru”ya transferi nə yerdədir və bu keçid niyə ləngiyir?
- Ruslanın “Erebru”ya keçidi bu axşam həll oluna bilər. Hazırda qarşı tərəfdən zəng gözləyirik. Ancaq bizim təkliflərimizi qəbul etməyə onların maddi vəziyyəti imkan vermir. Çünki bu komandanın da öz büdcəsi, imkanları var. Baş məşqçi Ruslanı komandada görmək istəyir. Ancaq prezident müqavilənin şərtləri ilə razılaşmaqda çətinlik çəkir.
- Belə başa düşdüm ki, əsasən maddi məsələlərdə ortaq məxrəcə gələ bilmirsiniz.
- Maraqlısı odur ki, maddi məsələdə biz güzəştə getmişik. Amma digər məsələlərdə onlar bunu edə bilmirlər. Qarşı tərəfə hörmətlə yanaşırıq. Yəni, onlar Ruslanı transfer etməyi çox istəyirlər. Amma yenə deyirəm, maddi vəziyyətləri buna imkan vermir.
- Konkret olaraq, müqavilənin hansı detallarında razılıq əldə edə bilmirsiniz?
- Futbol aləmində müqavilənin şərtləri məxfi olur. Ümumi razılaşma olduqdan sonra hər şey açıqlanır. Əgər alınmırsa, biz müqavilənin detalarını mətbuata açıqlaya bilmərik. Bu, düzgün deyil. Amma orada Ruslanın gələcək karyerasının zəmanəti baxımından çox böyük şeylər var. Bəzi şərtlərdə dəyişiklik etmək istəyirik. Onlar da bizə hörmət yanaşırlar. Ancaq deyirlər ki, sizin şərtlər bizə sərf eləmir. Eləcə də onların şərtləri də bizə. Biz də böyüklərlə, təcrübəli mütəxəssislərlə məsləhətləşmişik. Onlar deyiblər ki, hazırkı müqavilə ilə Ruslanın “Erebru”ya keçməsi sərfəli deyil.
- Ruslanın bu komandaya keçmə ehtimalını necə dəyərləndirirsən?
- Onlar Bakıya gələnə qədər bu ehtimal 99 faiz idi. Hətta Ruslan bütün komanda üzvləri, azarkeşlərlə vidalaşmışdı. Amma biz müqaviləni lap dərindən incələyəndə gördük ki, oradakı bəzi şərtlər hökmən dəyişilməlidi. Təcrübəli menecerlər var. Onlarla məsləhətləşdikdən sonra gördük ki, bu elə də asan iş deyil. Ona görə biz də öz təkliflərimizi irəli sürdük. Bundan sonra problem çıxdı. Hazırda Ruslanın “Erebru”ya keçmə ehtimalı 50/50-yədir”.
- Sizin təklif etdiyiniz şərtlərdə qarşı tərəfi razı salmayan nədir?
- “Erebru”nun heyətində Norgren adlı futbolçu var. İsveç millisinin üzvüdür. Hazırda ən yaxşı və ödənişli müqaviləyə malik olan futbolçudur. Onların Ruslana təklif etdikləri saziş həmin müqavilə ilə eynidir. Yəni maksimum gücləri buna çatır. Amma Avropaya gözüyumulu getmək də bir şey deyil. Gərək, təminat olsun.
- Ancaq “Neftçi”nin prezidenti Sadıq Sadıqov mətbuata açıqlamasında Ruslanın keçidinin 90 faiz öz həllini tapdığını bildirib.
- Sadıq müəllim düz deyir. Məsələ 90 faiz həll olunub. Ancaq “Neftçi” tərəfdən. Klub rəhbərliyindən çox razıyıq. Çox sağ olsunlar ki, Ruslanın gələcəyi, milli komandamız üçün hər şeyi gözə alıb, dedilər ki, qoy, futbolçu ölkə xaricinə getsin. Ona mane olmadılar. Buna görə, onlardan yerdən göyə qədər razıyıq. Ancaq şəxsi müqavilələrdə problem çıxdı. Yəqin Ruslan millinin düşərgəsində olduğu üçün Sadıq müəllim dəqiq bilmir. İnşallah, bu axşam həm Sadıq müəllimin, həm də mətbuatın xəbəri olacaq ki, məsələ alındı, ya yox.
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir