Belçika millisinin baş məşqçisi: “Onlar Türkiyəni məğlub ediblər”

Belçika millisinin baş məşqçisi: “Onlar Türkiyəni məğlub ediblər”
ÖLKƏ FUTBOLU 30 Avqust 2011 / 12:51 2591
-  A +

“Əgər qrupda ikinci yeri tutub, final mərhələsinə vəsiqə qazanmaq istəyiriksə, bizim başqa çıxış yolumuz yoxdur”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Avro-2012-nin seçmə mərhələsində milli komandamızla oyun öncəsi Belçika yığmasının baş məşqçisi Jorj Leekens deyib. Evdəki 4:1 hesablı qələbənin heç nəyi həll etmədiyini söyləyən mütəxəssis rəqibə daha ciddi yanaşmağın vacibliyini vurğulayıb:

“Bu rəqiblə oyuna çox ciddi yanaşmağımız lazımdı. Evdəki oyunda baş verənlər o qədər də vacib deyil”.

Millimizin doğma medanda daha yaxşı oynadığını bildirən Leekens Türkiyə üzərində qazandığımız qələbəni xatırlayıb:

“Azərbaycanlılar doğma divarlar arasında tamamilə fərqli oynayırlar. Onlar Türkiyəni məğlub ediblər və bizə bunu xatırlamaq lazımdır”.

Daha çox


Son xəbərlər
17.05.25  15:18

Ronaldo yeni klub alır