Emil Mpenza: "Yenidən Belçikaya qayıtmaq istəyirəm"

Emil Mpenza: "Yenidən Belçikaya qayıtmaq istəyirəm"
ÖLKƏ FUTBOLU 29 Avqust 2011 / 14:11 3203
-  A +

"Neftçi" klubunun belçikalı hücumçusu Emil Mpenza maraqlı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, Mpenza Belçika mətbuatına verdiyi müsahibədə yenidən vətəninə qayıtmaq istədiyini bildirib:

"Mən "Neftçi"yə pula görə transfer olunmamışdım. Sadəcə, gördüm ki, bu klub mənimlə ciddi maraqlanır. Ona görə də, razılıq verdim. "Neftçi" böyük klubdur. Bu komandanı Belçikanın "Anderlext" klubu ilə müqayisə etmək olar.

Bununla belə, yenidən Belçikaya qayıtmaq isstəyirəm. Məsələn, "Mexelen" klubuna keçə bilərəm. Son illər bu komandanın inkişafı göz qabağındadır.

Lakin "Standart"da oynamaq istəmərəm. Bu komanda mənlik deyil. İnanıram ki, pulla bağlı da heç bir problem olmayacaq. Özümü yenidən Belçikada sınamaq istəyirəm".

Daha çox


Son xəbərlər
10.01.26  13:12

2 ay Mbappe, 2 ay Yamal