“Neftçi” klubu: “Fariz Yusifov Bahadır Nəsimovu təhqir edib”

“Neftçi” klubu: “Fariz Yusifov Bahadır Nəsimovu təhqir edib”
ÖLKƏ FUTBOLU 28 Avqust 2011 / 16:54 2540
-  A +

Dünən baş tutan AZAL – “Neftçi” oyununda insident yaşanıb. “Neftçi” klubundan Qol.Az saytına verilən məlumata görə, görüşün baş hakimi Fariz Yusifov matçın gedişi zamanı onunla mübahisə edən Bahadır Nəsimovu küçə söyüşləri ilə təhqir edib.

Hesab 2:1 olarkən, AZAL-ın futbolçusu topu autdan oyuna gec daxil edib. Buna etiraz edən “Neftçi”nin özbəkistanlı hücumçusu Bahadır Nəsimov Fariz Yusifova yaxınlaşaraq, rəqib oyunçunu tələsdirməsini tələb edib. Belə olan halda Yusifov Bahadırı küçə söyüşləri ilə təhqir etməyə başlayıb.

“Neftçi” rəsmiləri qarşılaşmadan sonra Yusifovun bu hərəkətini oyunun protokolunda qeyd ediblər.

Daha çox


Son xəbərlər
17.05.25  15:18

Ronaldo yeni klub alır