Foqts Belçika və Qazaxıstanla oyuna 23 futbolçu dəvət etdi

Foqts Belçika və Qazaxıstanla oyuna 23 futbolçu dəvət etdi
ÖLKƏ FUTBOLU 28 Avqust 2011 / 15:07 3425
-  A +

28–29 avqust və 31 avqust – 6 sentyabr tarixlərində Bakı şəhərində təlim-məşq toplanışı keçirəcək, Avro-2012-nin seçmə mərhələsində, Tofiq Bəhramov adına Respublika stadionunda sentyabrın 2-də Belçika, sentyabrın 6-da isə Qazaxıstan yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi Berti Foqts qarşıdakı oyunlara 23 futbolçu dəvət edib ki, onların sırasında "Qarabağ"ın yarımmüdafiəçisi Namiq Yusifovun olması diqqət çəkir. Bundan başqa, uzun fasilədən sonra Branimir Subaşic də milliyə dəvət alıb.

Ümumilikdə, toplanışa dəvət edilən futbolçular bunlardır:
 
Kamran Ağayev – «Xəzər Lənkəran»
Andriy Popoviç – «Sumqayıt Şəhər»
Aqil Məmmədov – «Bakı»
Rəşad Sadıqov – «Qarabağ»
Saşa Yunisoğlu – «Qəbələ»
Vurğun Hüseynov – «Qəbələ»
Aqil Nəbiyev – AZAL
Rail Məlikov – «Neftçi»
Elnur Allahverdiyev – «Xəzər Lənkəran»
Ruslan Əmircanov – «Neftçi»
Ruslan Abışov – «Neftçi»
Aleksandr Çertoqanov – «Qəbələ»
Rəşad Sadiqov – «Qarabağ»
Rahid Əmirquliyev – «Xəzər Lənkəran»
Namiq Yusifov – «Qarabağ»
Mahir Şükürov – «Qəbələ»
Ufuk Budak – «Frayburq» (Almaniya)
Əfran İsmayılov – «Qarabağ»
Branimir Subaşıç – «Xəzər Lənkəran»
Vaqif Cavadov – «Volqa»
Rauf Əliyev – «Qarabağ»
Elşən Məmmədov – AZAL
Murad Hüseynov – «Qəbələ»

Daha çox


Son xəbərlər
17.05.25  15:18

Ronaldo yeni klub alır