Bu gün keçirilən bir oyunla Premyer Liqanın IV turuna yekun vurulub. Qol.Az-ın məlumatına görə, turun son görüşü Tovuzda baş tutub.
Burada yerli komanda Zaqatalanın “Simurq” klubunu qəbul edib. Son turda səfərdə “Xəzər Lənkəran”a 1:3 hesabı ilə məğlub olan “Turan”ın doğma azarkeşlər önündə qələbəyə oynayacağı şübhə doğurmurdu. 3 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşan Tovuz təmsilçisi vəziyyətini yaxşılaşdırmaq üçün mütləq qələbə qazanmalı idi ki, bunun da öhdəsindən gəlməyi bacardı.
“Simurq”a gəldikdə isə Zaqatala təmsilçisinin vəziyyəti heç də ürəkaçan deyildi. Üç turdan sonra aktivində 2 xal olan “Simurq” hazırda turnir cədvəlinin 11-ci pilləsində qərarlaşmışdı. Lakin son turda “Bakı” ilə oyunda qazanılan bir xal komandada özünəinam yaradıb. Sergey Yuran səfərdən ən azı bir xalla dönmək niyyətində idi. Lakin ukraynalı mütəxəssisin istəyi baş tutmadı.
Qeyd edək ki, bu turda keçirilməli olan “İnter” – “Sumqayıt Şəhər” oyunu Sumqayıt təmsilçisinin bir neçə futbolçusunun müxtəlif yığmalara dəvət alması səbəbindən təxirə salınıb.
28 avqust (bazar)
Premyer Liqada IV turun oyunları
“Turan” – “Simurq” 1:0
Qol: Sergey Artyux, 38
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Səfər Haşımov.
Tovuz. Şəhər stadionu. Saat 17:30.
27 avqust
“Rəvan” – “Xəzər Lənkəran” - 1:1
Qollar: Reis Klaudinei, 34 (1:0), Katalin Doman, 52 (1:1)
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Munis Abdullayev, Hacıəli Əliyev.
AFFA nümayəndəsi: Ramiz Əliyev.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. "Dalğa Arena" stadionu.
AZAL – “Neftçi” - 3:1
Qollar: Elşən Məmmədov, 42 (1:0), 71 (3:1), Ervin Bulku, 55 (2:0), Slavço Georgiyevski, 57 (2:1)
Hakimlər: Fariz Yusifov, Mehman Mahmudov, Rza Məmmədov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Orucəli Durmuşov.
Bakı. AZAL stadionu.
“Bakı” – “Kəpəz” - 0:3
Qollar: Sabir Allahquluyev, 23 (0:1), Yuri Fomenko, 27 (0:2), 40 (0:3)
Hakimlər: Elçin Məmmədov, Ramiz Əsədov, İsgəndər Əliyev, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Qurban Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
“Qarabağ” – “Qəbələ” - 0:1
Qol: Mendi, 38 (0:1)
Hakimlər: Vüsal Əliyev, Vaqif Musayev, Elşən Acalov, Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
Quzanlı. Olimpiya İdman Kompleksinin stadionu.
Turnir cədvəli
1
Xəzər Lənkəran
4
3
1
0
9-3
10
2
Qəbələ
4
2
2
0
4-2
8
3
AZAL
4
2
1
1
7-5
7
4
Neftçi
3
2
0
1
6-3
6
5
Qarabağ
3
2
0
1
3-2
6
6
Kəpəz
4
2
0
2
8-7
6
7
Turan
4
2
0
2
5-5
6
8
Bakı
4
1
2
1
3-3
5
9
İnter
3
1
0
2
1-4
3
10
Rəvan
4
0
2
2
4-6
2
11
Simurq
4
0
2
2
1-5
2
12
Sumqayıt Şəhər
3
0
0
3
2-8
0
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı