Premyer Liqanın növbəti turunda “Sumqayıt Şəhər” klubu sentyabrın 11-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Qarabağ”ı qəbul edəcək.
Qol.Az-ın məlumatına görə, ötən mövsüm Ağdam klubunun şərəfini qorumuş, hazırda doğma şəhərinin komandasında çıxış edən Rəşad Kərimov klubun rəsmi saytına müsahibə verib.
- “Sumqayıt Şəhər”in mövsümə startı barəsində nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, “Sumqayıt Şəhər” klubu Premyer Liqanın startına 15-20 gün qalmış yaranıb. Heyətdə problemlərin olacağını hamımız bilirdik. Püşk də bizim üçün ürəkaçan olmadı. İlk beş turda çətin rəqiblərlə qarşılaşmalı olduq. Çətinliklərə baxmayaraq, “Xəzər Lənkəran” və “Qəbələ” ilə qarşılaşmalarda komanda əzmkar oyun nümayiş etdirdi. Hər iki matçdan xal ala bilərdik. “Neftçi” digər komandalardan fərqli olaraq bizi rəqib kimi qiymətləndirdi. Həmin qarşılaşmada komanda pis oynadı. “Ağ-qaralar” hər cəhətdən bizi üstələdi.
- Cari mövsümdə klubun qarşısına qoyulan əsas vəzifə nədən ibarətdir?
- Bir az əvvəl qeyd etdiyim kimi yeni yaranmış bir kollektivik. Komandanın formalaşması üçün zamana ehtiyacımız var. İnşallah tezliklə uğursuzluq zolağından çıxarıq. Yaxın turlarda azarkeşlərimizi sevindirəcəyimizə inanırıq. Qaldı ki, qarşıya qoyulan vəzifəyə, bacardığımız qədər mövsümü autsayderlər sırasında bitirməməyə çalışacağıq.
- “Sumqayıt Şəhər”in Premyer Liqaya tam şəkildə hazır olması üçün nə qədər zamana ehtiyacı var?
- Gənc kollektivimiz var. Sıfırdan bir işə başlamışıq. Hamı yaxşı başa düşür ki, bizim zamana ehtiyacımız var. İnşallah gələn mövsüm bu komanda ilə yüksək yerlər uğrunda döyüşə bilərik.
- Növbəti turda doğma azarkeşlər qarşısında “Qarabağ”la üz-üzə gələcəksiniz. Ötən mövsüm Ağdam klubunun formasını geyindiyiniz üçün sabiq klubuna qarşı oynayacaqsınız. Hansı hissləri keçirirsiniz?
- “Qarabağ” Azərbaycan futbolunun ən güclü klubları sırasındadır. Ağdam klubu son illərdə Avropada uğurlu çıxışı ilə azarkeşlərin sevimlisinə çevirilib. “Qarabağ”da bir il yarım futbol oynamışam və buna görə çox xoşbəxtəm. Lakin indi “Sumqayıt Şəhər”in futbolçusuyam və peşəkar kimi çıxıb meydanda döyüşməyə hazıram. Oyun bizim üçün çətin keçəcək, amma biz də meydana məğlub olmaq üçün çıxmırıq.
- Bu qarşılaşmadan hansı nəticəni gözləyirsiniz?
- Biz rəqibdən çəkinmirik. Meydana yalnız qələbə üçün çıxacağıq. İnşallah azarkeşlərimiz də sona qədər bizi dəstəkləyəcək.
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir