"Üçüncü turda çox güclü bir rəqiblə qarşılaşdıq. Bu həmin "İnter"dir ki, altı ay əvvəl Moskvada keçirilən Birlik Kubokunda bütün rəqiblərinə qalib gələrək, MDB çempionu tituluna sahib çıxıb. Həmin vaxt biz onların qələbəsindən fərəhlənir, oyunlarından zövq alırdıq”.
Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi Aleksandr Starkov klubun rəsmi saytına açıqlamasında deyib. “İnter”lə ötən həftə baş tutan oyunu dəyərləndirən latviyalı mütəxəssis yenə hücumçuların çıxışından narazı qalıb:
“Bizə qarşı oynayan "İnter"ə gəldikdə isə, bizim qarşımıza komanda oyunu oynayan, bir-birlərini yaxşı başa düşən, sözün yaxşı mənasında acıqlı bir komanda çıxmışdı. Ümumilikdə biz onlardan yaxşı oynadıq. Ancaq yenə də hücum xəttimizin dişsizliyi diqqət çəkdi. Hücumçularımız qollar vurmalıdırlar, ancaq onu da qeyd edim ki, "İnter"in müdafiə xətti olduqca inamlı oynayırdı. Biz oyun boyu təzyigi artırırdıq ki, bu da qarşılaşmanın sonlarında öz bəhrəsini verdi. Rəqibin əsəbləri davam gətirmədi və onlar səhvə yol verdilər.
Oyuna sonradan daxil olan futbolçular da öz işlərini gördülər. Biz damla-damla əldə etdiyimiz üstünlüyü sonda reallaşdıra bildik. Azarkeşlərimizin dəstəyini xüsusi qeyd etmək istəyirəm. Onlar bizi ilk dəqiqədən sonadək dəstəklədilər. Bu bizim köməyimizə gəldi. "Simurq"la uğursuz oyundan sonra komandada gərginlik var idi. "İnter"lə oyundan sonra bu mənfi amil aradan qalxdı.
"İnter" yaxşı təşkilatlanmış komandadır. Burada baş məçqçinin işi görünür. Güclü motivasiya ilə oynayırlar. Sxadadzeyə bir həmkar kimi təəssüfümü bildirirəm. Həqiqətən də, bu komandanya və həmkarıma hörmətlə yanaşıram. Bizim hər birimiz onun yerində ola bilərdi. "İnter"lə oyunda güclü tərəf biz idik və bunun nəticəsini də gördük. Gələcəkdə onlara uğurlar arzulayıram”.
Təcrübəli çalışdırıcı komandada çıxış edən futbolçular arasında vəjdət yaratmağa çalışdıqlarını deyib:
“Gərginlik nədən yaranır? Mən bir məçqçi kimi eyforiya anları və gərginlikdə kimin özünü necə hiss elədiyini müşahidə edirəm.Mən Elvin Əliyev, İbrahim Karqbo və yaxud Uinston Parksı deyə bilmərəm, ancaq mənim yaxşı tanıdığım futbolçular, məsələn, Maris Verpakovski barədə müəyyən fikirlər söyləyə bilərəm. Biz komanda olaraq bu insanların bir-birləri ilə vəhdət təşkil etməsinə çalışırıq. Gərginlik var idi, ancaq indi görürəm ki, kollektivdə əhval-ruhiyyə yüksəlib. Kimin yaxşı və yaxud pis oynaması söhbət mövzusu deyil. Bizim oyunumuz hələ çiydir. Futbolçularımız arasında əlaqə zəifdir”.
Komandanın yeni transferi Junior haqqında danışan Starkov braziliyalı hücumçuya inandığını bildirib:
“Juniora gəldikdə, o cəmi 2-3 gündür ki, komanda ilə birlikdədir. Bu futbolçunu əvvəldən izləmişdik, mən onu izləmək üçün keçmiş klubunun oyunlarına baxmışam. "İnter"lə oyunda meydana çıxdıqdan sonra komandanın oyununu gücləndirdi. Mənə elə gəlir ki, qarşıdakı oyunlarda Junior bir çox müsbət cəhətlərini göstərəcək. Tək texnikalı və sürətli olmaq bəs etmir, həm də psixoloji cəhətdən güclü olmalısan. Ümid edirəm ki, onun oyun səviyyəsi daha da artacaq”.
Növbəti turda qarşılaşacaqları “Kəpəz”lə oyuna ciddi hazırlaşdıqlarını deyən baş məşqçi heç bir rəqibə yuxarıdan aşağı baxmadıqlarını söyləyib:
“Növbəti oyunumuza ciddi hazırlaşırıq. "Gəncə" nə "Simurq" nə də "İnter" deyil. Bu, özünəməxsus bir fubol oynayan komandadır. Biz onların oyunlarını izləyib, analiz edirik. Zəif və güclü tərəflərini öyrənirik. Bununla belə əsas məsələ bizim futbolçuların necə oynamasıdır. Xətlər arasındakı rabitə, xüsusən də, hücumçularımızın anlaşması üçün hələ çox işləməliyik.
Heç bir rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Hələ çox oynularda sürprizlər ola bilər. Biz buna hazır olmalıyıq. Hər bir oyuna maksimum diqqətlə çıxmalıyıq. İstəməzdim ki, sürpriz nəticələr bizim oyunlara təsadüf etsin. Öz oyunumuzla bunun qarşısını almalıyıq. "Kəpəz"lə oyuna qələbə üçün çıxırıq. Bunun məsuliyyətini anlamaq lazımdır”.
Sonda isə Starkov bir daha onları dəstəkləyən yerli azarkeşlərə təşəkkür edib:
“Azarkeşlərimizə bir daha təşəkkür edirəm və onları stadiona dəvət edirəm. Onların dəstəyi bizə güc verir, komandanın tərəfdarlarının dəstəyinə ehtiyacı var”.
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir