"Qəbələ" ilə oyunda autdan sonra Mahirlə aramızda kiçik bir mübahisə yaşandı. Çoxları həmin epizodda mənim Mahiri söydüyümü desə də, bu doğru deyil. Mən Mahiri söyməmişəm".
Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində AZAL klubunun hücumçusu Zohair Benuahi deyib.
Qeyd edək ki, ölkə çempionatının üçüncü turunun «Qəbələ» - AZAL oyununda meydan sahiblərinin kapitanı Mahir Şükürov mərakeşli futbolçuya arxadan başıyla zərbə endirib. Bu səbəbdən ona qırmızı vərəqə göstərilib.
Zohair həmin epizoda Mahirlə arasında yaşananlara belə münasibət bildirib: "Mən Usim Ndukanın mövqeyinə çəkilmişdim. Autdan sonra Mahir nədənsə narazı idi və mən buna gülərək cavab verdim. Bundan sonrasını isə hər kəs gördü. Mahir mənə yaxınlaşaraq başla zərbə endirdi. Yenə deyirəm, müqəddəs Ramazan ayı olduğu üçün mən Mahiri söyməmişəm. Bu heç mənə yaraşmaz da".
Benuahi həmin epizodda simulasiya etmədiyini iddia edib: "Simuliyasiya deyəndə ki, hər kəs gördü ki, Mahir məni vurdu. Mənim əlimdə konkret şəkil yoxdur ki, bunu sizə göstərim. Ancaq telekanal həmin epizodu açıq-aydın nümayiş etdirib. Bunun fərqi yoxdur, Mahir məni yüngülcə və ya sərt şəkildə vurdu. Əsas odur ki, mənə başla zərbə endirib. Əlbəttə, belə hərəkət bütün dünyada yaxşı qarşılanmır. Mən də hər bir futbolçu kimi meydana qələbə əzmi ilə çıxıram. Ancaq futbolda belə hərəkətlər yolverilməzdir".
Futbolçu sonda AFFA İntizam Komitəsinin Mahirə 4 oyunluq cəza verməsi ilə bağlı qərarına da münasibət bildirib: "Təbii ki, mən istəməzdim ki, Mahir qarşıdakı oyunlarda cəzalı vəziyyətə düşsün. Lakin o öz səhvinin qurbanına çevrildi. Mahir "Qəbələ"nin ən yaxşı futbolçularından biridir. Bu, "Qəbələ" üçün böyük itkidir. Mən başa düşmürəm, AFFA Mahirlə bağlı niyə belə sərt qərar çıxarıb? Bu qərarı ədalətli saymıram. Çünki adətən, belə hallarda futbolçu 1 və ya 2 oyunluq cəzalanır. Lakin Mahirin cəzası daha ağır oldu".
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir