Rusiya Futbol İttifaqının milliyyətcə erməni olan birinci vitse-prezidenti Nikita Simonyan Moskva «Spartak»ının yarımmüdafiəçisi Emin Mahmudovun Azərbaycan millisində çıxış etmək imkanlarını dəyərləndirib.
Qol.Az-ın məlumatına görə, Rusiya mətbuatına müsahibəsində o, ilk öncə bildirib ki, analoji hadisə bir neçə il əvvəl «Dinamo»da çıxış edən Aleksandr Səmədovla bağlı da olub. Bu zaman Simonyan sensasiyalı açıqlama verərək məhz onların məsləhətindən sonra Səmədovun Azərbaycan millisindən imtina etdiyini söyləyib.
«Səmədovun həm Rusiya, həm də Azərbaycan vətəndaşlığı var. O, bir neçə dəfə Azərbaycan millisinə dəvət alıb. Amma biz Səmədovu inandırdıq ki, bu təklifi qəbul etməsin və Rusiya millisinə düşməyə çalışsın. O, bizim məsləhətimizə qulaq asdı. Bundan sonra isə artıq Rusiya millisinə düşmək futbolçunun özünün ustalıq səviyyəsindən asılıdır. Rusiya millisinə düşmək üçün hamı çalışmalıdır» - deyə Simonyan bildirib.
Emin Mahmudova gəlincə, RFİ rəsmisi bəyan edib ki, futbolçu özü qəti qərara gəlməlidir: «Bu, çətin məsələdir. Azərbaycan vətəndaşlığını qəbul edib-etməməklə bağlı o, ailəsiylə məsləhətləşməlidir».
Nikita Simonyan bəyan edib ki, futbolçu özü milli komandada oynamaq səviyyəsində olub-olmadığını müəyyənləşdirməlidir. «Bir daha deyirəm, bu, çətin məsələdir. Əgər o, öz gücünə və Rusiya millisində oynamaq səviyyəsinə çatdığına inanırsa, başqa məsələ. Bütün hallarda mən ona məsləhət görərdim ki, Azərbaycan millisində oynamaq təklifini qəbul etməsin» - deyə Simonyan bildirib.
RFİ-nin vitse-prezidenti onu da deyib ki, əgər futbolçunu oynadığı ölkənin millisinə çağırmırlarsa və o, Azərbaycandan təklif alıbsa, o zaman bu dəvəti qəbul etmək olar: «Hər bir futbolçu istəyər ki, millinin tərkibində dünya və Avropa çempionatında çıxış etsin. Bu mənada, hansı milli komandanı seçmək futbolçunun öz səlahiyyətindədir».
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir