"İnter"ə texniki məğlubiyyət verildi

"İnter"ə texniki məğlubiyyət verildi
ÖLKƏ FUTBOLU 23 Avqust 2011 / 14:03 2679
-  A +

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Qol.Az-ın məlumatına görə, iclasda Premyer Liqanın son turunda baş verən qalmaqallara hüquqi qiymət verilib. Toplantının əsas müzakirə mövzusu “İnter” – “Bakı” və “Qəbələ” – AZAL oyunlarında baş verən hadisələr olub.

Xatırladaq ki, “İnter” və “Bakı” klubları arasında baş tutan “paytaxt derbisi” ev sahiblərinin meydanı tərk etməsi səbəbindən yarımçıq dayandırılmışdı. “Qəbələ” – “Bakı” matçında isə yerli komandanın kapitanı Mahir Şükürov birbaşa qırmızı vərəqə ilə oyundan atılmışdı. Bundan başqa, “Qəbələ”li azarkeşlər oyunun sonlarına yaxın meydana yad əşyalar atmağa başlamışdılar.

İntizam Komitəsi "İnter"ə 0:3 hesablı texniki məğlubiyyət verib, klub üst-üstə 21 min manat cərimə olunub. "İnter"in prezidenti Georgi Nikolova 5, qapıçısı Lomayaya 2 oyunluq cəza verilib.


Yaxın vaxtlarda bununla bağlı rəsmi açıqlama yayılacaq və qərarın tam mətni bəlli olacaq.

Daha çox


Son xəbərlər
16.05.25  16:10

Messi yenidən millidə