“Bakı” klubunun futbolçusu Elvin Əliyev Premyer Liqanın üçüncü turunda “İnter”ə qarşı oyunda yaşanan qalmaqalla bağlı Qol.Az saytının suallarını cavablandırıb
- Güclü taktiki gedişli bir görüş olmasa da, çox gərgin oyun olduğunu söyləyə bilərəm. Meydanın hər qarışı uğrunda mübarizə getdiyindən heç bir klub uduzmaq istəmirdi. Rəqibin qapısı qarşısında təhlükəli vəziyyət yarandığı zaman, onların qapıçısı Lomaya futbolçumuza qarşı həddindən artıq kobud oynadığından hakim “İnter”in qapısına penalti təyin etdi. Hər şey də bunda sonra başladı.
- Səncə, Lomaya komanda yoldaşın Nurlanın sinəsinə bilərəkdən təpiklə zərbə endirdi?
- Əvvəla, gərgin keçən oyunlarda belə hallar çox yaşanır. Digər tərəfdən, futbolda rəqibin qarşısını almaq naminə üçün arxadan da zərbə endirilir. Sözsüz ki, belə hərəkət qayda pozuntusu olaraq qiymətləndirməlidir. Hakimin bu qərarda haqlı olmasına baxmayaraq, rəqib futbolçular ona təzyiq göstərərək fikrindən daşındırmağa çalışırdılar. Bunun olmayacağını gördükləri halda, klubun prezidenti Georgi Nikolov futbolçularına meydanı tərk etmək barəsində göstəriş verdi.
- “İnter”in qapıçısı Georgi Lomaya qırmızı vərəqə aldıqdan sonra hakimə qarşı qeyri-etik hərəkət etdi. Dəmək olarmı ki, bununla o, həm də oyunu izləyən bütün azarkeşləri təhqir etdi?
- Əlbəttə, Lomayanın bu hərəkətinə heç bir haqq qazandırmaq olmaz. Qapıçı həmin epizodda əsəblərini cilovlamalıydı. Çünki bu oyunu təkcə stadiondan minlərlə azarkeş deyil, telekanal vasitəsi ilə milyonlarla seyrici də izləyirdi. Çox güman ki, etdiyi tərbiyəsizliyə görə AFFA İntizam Komitəsi ona ağır cəza tətbiq edəcək.
- Həmin qarşıdurmada sən də çox aqresiv olaraq mübahisəyə girişmişdin. Hətta komanda yoldaşların səni zorla sakitləşdirdi.
- Sadəcə, mübahisə düşdüyü yerə yaxınlaşıb komanda yoldaşlarımı sakitləşdirmək istəyəndə rəqib futbolçular tərəfindən təzyiqlərə məruz qaldım. Rəqibin belə münasibəti məni özümdən çıxardı. Hisslərimə hakim ola bilməyib məndə mübahisəyə qoşuldum.
- “İnter”in görüşü yarımçıq saxladığına görə texniki məğlubiyyətlə yanaşı böyük məbləğdə cərimə də gözləyir.
- Bu cəza təqbiq olunsa, haqq öz yerini tapacaq. “İnter” klubunun peşakarlığa sığmayan hərəkət etdiyinə görə bu cəzaya layiq olacağını düşünürəm. Onlar həmin oyunda məğlub olsalar belə, meydanı tərk etməməliydi.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı