“Baş verən hadisələri hamı gördü. Hər şey göz qabağındadır. Mahir Şükürov onların oyunçusuna demək olar ki, toxunmayıb. Sadəcə, başı ilə arxadan ona yüngülcə toxunub ya toxunmayıb. AZAL-ın futbolçus isə özünü qoyur artistliyə, başlayır, meydançada o tərəf bu tərəfə yumalanmağa. Hakim haqlı olaraq Mahirə qırmızı verdi. Bəli, həmin epizodda qırmızı var idi. Amma futbolçu... Özünü atdın yerə, sonra dur ayağa da. Özünü niyə artistliyə qoymusan?”
Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində AZAL-ın AFFA-ya ünvanladığı etiraz məktubuna münasibət bildirərkən “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.
Klub rəsmisi AZAL-ın futbolçularını aktyorluq etməkdə günahlandırıb. Azarkeşlərin meydançaya daş atdıqlarını təsdiqləyən Nəcəfov bunun hakimin verdiyi səhv qərardan irəli gəldiyini və ona qarşı yönəldiyini bildirib. Ancaq vitse-prezident belə şeylərə görə, “Qəbələ”yə texniki məğlubiyyət verməyin düzgün olmadığını söyləyib: “Meydançaya xırda daşların atılmasının AZAL-ın oyunçularına heç bir dəxli yox idi. Özünüz də gördünüz ki, hakim həmin epizodda çox kobud səhvə yol verdi.
Əllə vurulan qolu uşaqdan böyüyə hamı görür, ancaq referi görmür. İndi gənc hakimdir. Bildik ki, qərəzli deyil. Bunu başa düşdük. Ancaq azarkeşləri də başa düşmək lazımdır. Hamının gördüyü epizodda yanlış qərar vermək onları da özündən çıxardı. Mən azarkeşlərə haqq qazandırmıram. Çox pis baxıram bu hərəkətə. Onlarla danışıqlar aparılır. Hüquq-mühafizə orqanları da fanatlarla lazımı söhbəti elədilər ki, belə hallar təkrarlanmasın.
Ümumiyyətlə, dünyanın hər bir yerində belə şeylər var. Ancaq bu, oyunun nəticəsinə təsir edəcək bir şey deyil. Buna görə komandaya texniki məğlubiyyət vermək olmaz. Azarkeşlər meydançaya xırda daşlar atdığı epizodda da AZAL-ın futbolçuları öz aktyorluq bacarıqlarını nümayiş etdirdilər. Bəli, daş atdılar, razıyam, dəlil var. Ancaq bunun üçün AZAL-ın beş-altı oyunçusunun yalandan yerə yıxılmağı düzgün deyil. 10-cu dəqiqədən etibarən azlıqda qaldıq. 80 dəqiqə ərzində əzmkarlıq nümayiş etdirdik. Hətta mən deyərdim ki, bizim qol epizodlarımız daha çox oldu”.
Nəcəfov AZAL-ın bu etirazı ilə bağlı heç yerə şikayət etməyəcələrini deyib: “Biz bununla bağlı hər hansı şikayət və ya etiraz etmək barədə düşünmürük. Çünki qərarı AFFA İntizam Romitəsi verir. Onların işinə qarışmırıq. Həm Vaqif Qasımova, həm də Fikrət Hüseynova böyük hörmətim var. Bu, onların fikridir. Sağ olsunlar”.
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı