Premyer Liqanın III turunun “Qəbələ” – AZAL matçının təşkili və keçirliməsi ilə bağlı nöqsanlar, oyunun gedişində və oyundan sonra baş verən hadisələr AZAL PFK-nı narazı salıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, bu səbəbdən AZAL rəhbərliyi AFFA-nın Nizam-İntizam Komitəsinə şikayət məktubu göndərərək öz xahiş və tələblərini adı çəkilən qurumun üzvlərinə çatdırıb.
AZAL PFK-nın prezidenti Vaqif Qasımovun imzaladığı şikayət məktubda əvvəlcə tikintisi hələ də davam edən “Qəbələ”nin stadionunda çatışmazlıqlara toxunulub: “ Hələ matdan öncə PFL-in Texniki-İdman şöbəsinin direktoru Məlik Həsənovla əlaqə saxlayaraq stadionda təhlükəsizlik tədbirlərinin çox aşağı olmasını, azarkeşlərlə meydança arasında arakəsmənin yoxluğunu, üstəlik azarkeşlərin əyləşdiyi yerin çınqıl daşları ilə əhatələnməsini onun nəzərinə çatdırdıq. Heç matçın videoçəkilişini aparmaq üçün kamerlalarımız üçün yer də yox idi. Bundan başqa, paltardəyişmə otağından meydançaya getmək üçün təxminən 5 dəqiqə yol qət etmək lazımdır. Özü də futbolçular azarkeşlərin və rəqib komandanın nümayəndələrinin arasında keçməli olur ki, bu zaman onlar təhqirə məruz qalırlar. “Qəbələ”nin oyunçusu Mahir Şükürovun fasilə zamanı təhqiredici sözlərlə Zohair Benouahiyə hücum çəkərək onu vurmağa cəhd göstərməsi də buna əyani nümunədir. Oyunun gedişi və sonra baş verən hadisələr də iradlarımızın düzgün olduğunu təsdiqlədi. Yeri gəlmişkən, bu meydançanı qəbul edən PFL-in komissiyasının üzvləri müsbət rəy verdiklərinə görə cəzalandırılmalıdır.”
AZAL rəhbərliyi daha sonra “Qəbələ” azarkeşlərinin davranışlarından da narazılıq bildirib: “83-cü dəqiqədə AZAL-ın vurduğu qolu hakim qeydə almadı. Biz bu epizodda hakimin çıxardığı qərarla tam razıyıq və heç bir etirazımız yoxdur. Ancaq bundan sonra azarkeşlərin futbolçularımızı daşa basması və birdən-birə 5 oyunçunu zədələməsi bizdə ciddi narazılıq yaratdı. Hətta atılan daşlardan biri yan xətt hakimi Azər Əsgərovun başına dəydi. Özü də bütün hadisələr AFFA Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarovla Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun gözləri qarşısında baş verdi. Fikrimizcə, oyunun baş hakimi həmin anda oyunu saxlamalı və futbolçuları meydançadan çıxarmalı idi. Çünki AZAL-ın futbolçuları 10 dəqiqəyə yaxın vaxt ərzində qorxu və təhqir altında oynamağa məcbur edildi”.
Sonda klub rəhbərliyi AFFA NİK-ə öz konkret mövqeyini bildirib: “Sizdən xahiş edirik ki, oyun zamanı baş verən neqativ hadisələri ciddi araşdırıb 19.08.2011-ci il tarixdə keçirilən “Qəbələ”-AZAL matçının nəticəsinin ləğvi və “Qəbələ” komandasına texniki məğlubiyyət verilməsi məsələsinə baxasınız”.
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı