"İnter" klubunun direktor müavini Sabuhi Səfiyarlı "İnter" - "Bakı" matçında yaşanan hadisələrə münasibət bildirib.
Klub rəsmisi Qol.Az-ın müxbiri ilə söhbətində hakim qərəzləyini ön plana çəkib:
"Oyun ərzində hakimin qərəzli qərarları nəzərə çarpırdı. Matçın gedişində "Bakı"nın legioneri Denis İvanovs ikinci sarı vərəqə ilə meydandan qovulmalı idi. Lakin hakim buna göz yumdu. Əksinə "İnter"in futbolçularına həmin epizodlarda sarı vərəqə göstərərək qərəzli mövqe tutduğunu bir daha nümayiş etdirdi.
Buna baxmayaraq, komanda öz oyununu oynamaqda idi. Ancaq matçın son dəqiqələrində hakimin qapıçımız Georgi Lomayaya qırmızı vərəqə göstərməsi və üstəlik qapımıza penalti təyin etməsi futbolçuların səbr kasasını doldurdu. Ona görə də, futbolçular meydanı tərk etməli oldular.
Halbuki Lomaya topu tutarkən Nurlan Novruzov onun üçün heç bir təhlükə yaratmamışdı. Ona görə də, Lomayanın rəqibə qarşı kobud oynamasına heç bir lüzum yox idi. Üstəlik həmin epizoddan öncə hakimin autu rəqibə verməsi də diqqətdən yayınmadı.
Baş hakim bir neçə dəfə yersiz cərimə zərbələri təyin edirdi. Bütün bunları nəzərə alan futbolçular bu görüşdə məğlub ediləcəklərini anlayaraq meydanı tərk etdilər".
Klub rəsmisi daha sonra yan xətt hakimin çox gənc olmasını vurğulayaraq, onun paytaxt derbisinə təyin edilməsinin əleyhinə çıxıb:
"Maraqlısı ondadır ki, penaltini baş hakim deyil, 20 yaşlı uşaq təyin etdi. Məhz yan xətt hakiminin məsləhətindən sonra referi penalti nöqtəsini göstərdi. Premyer Liqada ilk matçına çıxan belə təcrübəsiz hakimin paytaxt derbisinə təyin edilməsi nə dərəcədə düzgündür? Biz bununla bağlı PFL-ə öz etirazımızı bildirəcəyik. Ən doğru qərarı da AFFA-nın İntizam Komitəsi verəcək".
Səfiyarlı eyni zamanda baş məşqçi Kaxaber Sxadadzenin "Bakı"nın çalışdırıcısı Aleksandr Starkovu söyməsinə də münasibət bildirib: "Yox. Belə bir şey olmayıb. Ola bilsin ki, Sxadadze həmin anda əsəbi olub. Ağzından hər hansı bir nalayiq söz çıxıb. Ancaq bu konkret hansısa bir şəxsə ünvanlanmayıb. Ona görə də, bu haqda danışmaq belə doğru deyil".
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı