Sabah Premyer Liqanın III turu çərçivəsində “Sumqayıt Şəhər” səfərdə “Neftçi” ilə qarşılaşacaq.
Qol.Az-ın məlumatına görə, vaxtilə “Neftçi”nin formasını geyinmiş, hazırda doğma şəhərinin komandası olan “Sumqayıt Şəhər”də çıxış edən Aqil Məmmədov klubun rəsmi saytına müsahibə verib:
- “Sumqayıt Şəhər”in mövsümə startı barəsində nə deyə bilərsiz?
- İlk iki turda məğlub olmağımıza baxmayaraq, komanda əzmkar oyun nümayiş etdirib. Bildiyiniz kimi “Sumqayıt Şəhər” klubunun əsasını millinin aşağı yaş qrupunda forma geyinən futbolçular təşkil edir. Gənc heyətimiz olduğundan təcrübə problemi yaşayırıq. Lakin futbolçularımız meydanda sona qədər döyüşürlər. Bu da bizim əsas silahımızdır. Məsələn, “Xəzər Lənkəran”la matçın ikinci hissəsində çox yaxşı oynadıq. “Qəbələ” ilə qarşılaşmada isə buraxdığımız səhvlər ucbatından oyunu əldən verdik. Fasilədən sonra rəqibdən üstün olsaq da, yalnız bir qol vura bildik. Ardıcıl iki məğlubiyyətə baxmayaraq, biz həvəsdən düşməmişik.
- Sabah mərkəzi arenada “Neftçi” ilə üz-üzə gələcəyik. Vaxtilə “ağ-qaralı” formanı geyindiyin kluba qarşı oynayacaqsan. Hansı hissləri keçirirsən?
- “Neftçi” Azərbaycan futbolunun flaqmanıdır. Hər kəs bu klubun formasını geyinmək istər. Mən fəxr edirəm ki, nə vaxtsa “ağ-qaralı” formanı geyinmişəm. Lakin biz peşəkarıq. Bir gün bir yerdə işləyə bilərik, sabah başqa yerdə. İndi “Sumqayıt Şəhər”in bir parçasıyam və meydana çıxacağım halda sona qədər döyüşəcəm. “Neftçi”yə qarşı oynamaq isə mənə əlavə stimul verəcək. Bu yaşımda "Neftçi"yə qarşı oynamaq mənim üçün böyük fəxrdir.
- “Neftçi” ilə oyundan hansı nəticəni gözləyirsiniz?
- Kiminlə oynayacağımıza baxmayaraq, biz bütün komandalarla qarşılaşmaya qələbə üçün çıxırıq. “Neftçi” Premyer Liqanın son çempionudur. Buna görə, oyun bizim üçün çox ağır keçəcək. Amma döyüşkən kollektivimiz var, biz rəqibdən qətiyyən çəkinmirik. İlk xalımızı bu oyunda qazanmağı çox istərdik.
- Sonda Sumqayıt azarkeşlərinə nə demək istərdin?
- Sumqayıtın həmişə böyük azarkeş kütləsi olub. Bu şəhər futbolla nəfəs alır. Şəhərin bütün gənclərinin bu idman növünə böyük marağı var. Hər bir futbolçu üçün dolu tribunalarda oynamaq əlavə stimuldur. Keçən həftə “Qəbələ” ilə oyunda da stadion tam dolmuşdu. “Xəzər Lənkəran”la qarşılaşmada da fanatlar bizi tək buraxmamışdı. Komanda adından onlara təşəkkür edirəm. Fanatlardan xahiş edirəm ki, bütün oyunlarda 90 dəqiqə yanımızda olsunlar, bizə dəstək versinlər. Biz azarkeşlərimizlə fəxr edirik!
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı