“Barselona”nın yetirməsi rəsmən “Xəzər Lənkəran”da

“Barselona”nın yetirməsi rəsmən “Xəzər Lənkəran”da
ÖLKƏ FUTBOLU 19 Avqust 2011 / 15:42 3436
-  A +

“Xəzər Lənkəran” uzun müddətdir danışıqlar apardığı Mario Rosasın transferini gerçəkləşdirib.
 
Bu barədə Qol.Az-a klubun mətbuat xidmətinin rəhbəri Yalçın Əliyev məlumat verib. Əliyevin sözlərinə görə, “Barselona” klubunun yetirməsi olan 31 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

1997-2000-ci illərdə “Barselona”nın ikinci komandasında forma geyinən Rosas 103 oyunda 31 qol vurub. O, əsas komandanın da şərəfini qoruyub ki, cəmi 1 qarşılaşmada meydana çıxıb.

Müxtəlif illərdə İspaniyanın 16, 17 və 18 yaşlılardan ibarət yığmasında ümumilikdə 29 oyun keçirmiş Rosas 6 qolun müəllifidir.

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...

20.12.25  10:02

Salah üzr istəyib