«Neftçi» klubunun vitse-prezidenti Tahir Süleymanov İngiltərənin «Everton» klubuna məxsus olan yetirmələri Araz Abdullayevin durumuna aydınlıq gətirib.
Qol.Az-ın müxbiri ilə söhbətində o bildirib ki, Araz Abdullayevin «Everton»da qalması üçün mütləq işçi vizası olmalıdır: «Böyük Bratiniyanın öz qanunları var. Söhbət təkcə Arazdan getmir, istənilən futbolçu öz ölkəsinin milli komandasında daim çıxış etməyibsə, işçi vizasının alınmasında böyük çətinlik yaranır. Araz millinin son 4-5 matçında nəinki 90 və ya 45 dəqiqə, müəyyən müddət çıxış etsəydi, işçi vizasının alınması prosesi asanlaşırdı. Təəssüf ki, bu hadisə baş vermədi. Ona görə də «Everton» klubu yəqin ki, Araz Abdullayevlə bağlı digər Avropa ölkələrinin klublarından birinə müraciət edəcək».
T.Süleymanov bildirib ki, Avropada transfer pəncərəsinin bağlanmasına çox az qaldığından Arazın başqa bir kluba keçidi məsələsi qısa müddətdə həllini tapmalıdır: «Bu məsələ 10 gün ərzində həll olunmalıdır. Yəqin ki, Araz Mərkəzi Avropa ölkələrindən birinin klubuna icarəyə veriləcək».
T.Süleymanov Arazın Yunanıstanın PAOK klubuna keçəcəyi ilə bağlı xəbərlərə də münasibət bildirib: «İndi hansısa klubun adını çəkməyim doğru olmazdı. Amma onu deyə bilərəm ki, «Neftçi»ylə «Everton» arasındakı müqaviləyə əsasən, əgər ingilislər Arazı hansısa kluba icarəyə vermək istəsə, bu halda mütləq bizim razılığımız olmalıdır».
Klub rəsmisi Araz Abdullayevin «Neftçi»yə qayıtmasının mümkünlüyü ilə bağlı sualı da cavablandırıb: «Neftçi» klubunun və onun prezidenti Sadıq Sadıqovun strateji xətti odur ki, komandamızın və millimizin inkişafı naminə futbolçularımız Avropada oynasınlar. Biz Araz Abdullayevin xaricdə oynamasında maraqlıyıq. «Neftçi»nin belə bir istedalı futbolçuya ehtiyacı olsa da, biz Arazın adını Çempionlar Liqasında iştirak ərizəsinə salmadıq. Çünki dediyim kimi, onun Avropada qalmasını istəyirik. Amma eyni zamanda «Everton»la bağladığımız müqaviləyə görə, biz Arazı geri də qaytara bilərik. Əgər 10 gün ərzində «Everton» Arazın Avropa klublarından birinə keçidiylə bağlı danışıqlarda razılığa gələ bilməsə, o zaman, biz Azərbaycanda transfer pəncərəsinin bağlanmasına kimi, yəni avqustun 31-nə qədər onu geri qaytara bilərik. Bu halda biz Arazı "Neftçi"də dekabr ayına kimi saxlayacağıq ki, onun işçi vizası və ya Avropanın başqa bir klubuna keçidi məsələsini həll edə bilək» - deyə T.Süleymanov bildirib.
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı