“Sumqayıt Şəhər” klubunun oynayan-məşqçisi Aslan Kərimovun Qol.Az saytına müsahibəsi
- “Qəbələ” ilə çempionat oyununda 1:2 hesabı məğlubiyyətinizin səbəbini nədə görürsən?
- Əvvəla, onu bildirim ki, “Qəbələ”dəki futbolçuların ustalıq səviyyəsi “Sumqayıt Şəhər”də top qovan oyunçulardan qat-qat üstündür. Bunu danmaq düzgün olmaz. Həmin oyunda uşaqlar heç də pis təsir bağışlamadılar. Hətta deyərdim ki, ikinci hissədə biz onlardan daha üstün oyun göstərərək, qapılarına qol da vura bildik. Lakin düşünürəm ki, bundan sonra qələbə qazanmaq üçün çalışmalı olduğumuz çox şey var.
- Komandanız Premyer Liqada qarşılaşdığı hər iki rəqiblə oyunda nədənsə son dəqiqələrdə qol vurub.
- Bunun başlıca səbəblərindən biri kollektivin çox gənc olmasıdır. Digər tərəfdən, futbolçularımızın çoxu “Xəzər Lənkaran” kimi rəqiblə ilk dəfəydi qarşılaşlırdı, Premyer Liqada debüt edirdi. Komandanın çıxışlarında həyəcan hiss olunduğundan bir az zamana ehtiyac var. Oyunun sonlarına yaxın fərqlənmələrinə gəlincə, burada məşqçilərin və təcrübəli futbolçuların verdiyi tapşırıqlar az rol oynamır.
- “Sumqayıt Şəhər”in əsas oyunçularından hesab edilən 15 yaşlı Orxan Əliyevin potensialını necə qiymətləndirirsiniz?
- Bu oyunçu gənc və prespektivli futbolçulardan biri hesab edilir. Ancaq qabaqcadan demək olmaz ki, sabah ulduz bir futbolçu olacaq. Səviyyəli oyunçu olması üçün öz üzərində daim çalışmalıdır. Biz də təcrübəli futbolçular kimi bildiyimizi onlara aşılamağa çalışacağıq. Milli komanda üçün heç olmasa, bir istedadlı futbolçu bəxş edə bilsək, komandada işimizin əlli faizini görmüş olarıq.
- Növbəti oyunu səfərdə ötən mövsümün çempionu “Neftçi”ə qarşı keçirəcəksiniz Bu oyunda hansı nəticəyə ümüd edirsiniz?
- Bütün oyunların bizim üçün çətin olacağını düşünürəm. Çünki komandamız çempionatın debütantıdır. “Neftçi”ə qarşı oynamaq isə bizim üçün daha çətin olacaq. Ona görə ki rəqibin heyətində daha güclü və təcrübəli futbolçular forma geyinir və xeyli müddətdir bir komandada çıxış etikləri üçün bir-birlərini yaxşı anlayırlar. Ancaq istənilən halda “Neftçi” keçilməz rəqib deyil. Əgər verilən tapşırıqları yerinə yetirəsək, istədiyimiz oyunu göstərə bilsək, səfərdən yaxşı nəticəylə dönə bilərik.
- Yəqin ki, “Rəvan” - “Neftçi”oyununu analiz etmisiniz. Həmin görüşdə “ağ qaralar”ın debutanta qarşı oyunda zəif çıxış etdiyini söyləmək olar?
- Mən “Neftçi”nin zəif yox, “Rəvan”ın yaxşı çıxışını qeyd etmək istərdim.Yaxşı bilirsiniz ki, “Dalğa Arena”nın örtüyü sünidir. Belə olan halda futbolçuların oyunu istədiyi kimi alınmır. Ola bilsin bu amil “Neftçi”nin yaxşı oyun göstərə bilməsinə təsir edib. Mən elə gəlir ki, “ağ qaralar”doğma meydanda daha təhlükəli olacaq. Birdə ki, “Rəvan”la oyunu “Neftçi”nin göstəricisi hesab etmək olmaz.
- İlk iki turda meydana çıxmamısan. Bəs, “Neftçi”ylə oyunda necə, oynaya biləcəksən?
- Zədəli olduğum üçün hələlik yüngül məşqlərlə kifayətlənirəm və oyunlara tam hazır deyiləm. Ona görə də “Neftçi” ilə matçı da buraxmalı olacağam. Yəqin ki, komandama artıq sentyabr ayında kömək edə biləcəyəm.
- Bildiyimizə görə, AFFA səni Almaniyada məşqçilər üçün nəzərdə tutulmuş kursa göndərməyi təklif edib. Ancaq bundan imtina etmisən.
- Buna səbəb U-15-in Avstriyada təlim- məşq toplantısı ilə oktyabr ayında Almaniyadakı keçiriləcək kursların üst-üstə düşməsidir. Komandamı çətin vəziyyətdə qoyub getmək düzgün olmaz..Əgər boş vaxtım olsa, məmuniyyətlə, bu kurslara qoşularam.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi