“Qəbələdə keçirdiyimiz ilk qarşılaşmada oyunumuz pis alınmadı. Nəticə də qənaətbəxşdir. Çünki səfərdə kifayət qədər güclü rəqibə qarşı oynayırdıq. Oyunçularımız özlərini mübariz tərəfdən göstərdilər”.
Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi Aleksandr Satrkov klubun rəsmi saytına açıqlamasında deyib. Komandasının son iki oyundakı uğursuzluğundan danışan latviyalı mütəxəssis maraqlı məqamlara toxunub:
“İkinci oyunumuza gəlincə, qol vura bilmədik. Hücum xəttimizdə yer alan futbolçular yaxşı oyunçulardır. Gürünür, onlar öz aralarında tam əlaqə yarada bilməyiblər. Eyni zamanda da orta sahədə oynayan futbolçularla tam dil tapa bilməyiblər. İki futbolçumuzun zədələnməsi, qeyd edim ki, onlar hər ikisi yarımmüdafiə xəttində yer alır, özünü göstərdi. Elvin Məmmədov və Fabio Luis Ramimin yoxluğu hiss olundu.
Hücumlarımızın kəsəri az idi. Verpakovskis bir epizodda qol vursa da, bu qeydə alınmadı. Ancaq sonradan gördük ki, qol qaydalar çərçivəsində vurulmuşdu və ədalətsiz olaraq ləğv olundu. Digər tərəfdən 11 metrlik cərimə zərbəsindən yararlana bilmədik. Şansımız yarandı, ancaq bu, qələbə üçün yetərli olmadı. Futbolçular səy göstərirdilər, bununla bərabər çatışmayan cəhətlər də var idi.
Obyektivlik naminə deyim ki, ilk oyunlar milli komandadan qayıdan futbolçular üçün xüsusən ağır keçir. Milli komandalara futbolçu verən klublar üçün bu amil çətinlik yaradır. Bizim də bəxtimizə ikinci oyun düşdü.
İkinci hissənin müəyyən anlarında pis oynamadıq. Üstünlük bizim tərəfimizdə idi. Tempi artırmaq tələb olunan anda çətinlik yaranırdı. Biz təzyiq göstərib, "Simurq"un səhvlərə yol verəcəyini gözləyirdik. Belə imkanlar da yaranırdı. Qonaq futbolçular tempi aşağı salmaq üçün əllərindən gələni edirdilər. Bəzi hallarda yerdən qalxmaq istəmirdilər. Bunu da başa düşmək olar, bu taktiki gedişlərdir. Onlar tempi ustalıqla salırdılar. Bəzi epizodlarda temp sıfıra bərabər olurdu. Biz belə hallara hazır olmayıq”.
Komandada əhval-ruhiyyənin yerində olmadığını söyləyən təcrübəli çalışdırıcı belə anlarda həmrəy olmalarının vacibliyini qeyd edib: “Əhval ruhiyyə, təbii ki, yerində deyil. Bu gün əsas məsələ komandanın üzvləri, məşqçilər, klub rəhbərlərinin birliyidir. Belə çətin anlarda həmrəyliyimizi ifadə etməliyik. Bunun nəticəsində uğurlar gələcək. Komandamızda yeni oyunçular var. Onların hər biri dəyişik hisslərə malikdirlər. Qələbə və məğlubiyyəti fərqli şəkildə yaşayırlar”.
Starkov “Simurq”la oyunda Denis İvanovsun penaltini yerinə yetirə bilməməsinə də münasibət bildirib: “Standard vəziyyətlərin icrası, təbii ki, hazırlıq dövründə, məşqlərdə xüsusi yer alır. Əgər oyunda cərimə zərbəsi və ya penalti vurulursa, bunun icraçıları əvvəldən təyin olunur. Bizim komandada 11 metrlik cərimə zərbələrini ən yaxşı vuran 2-3 futbolçu var ki, "Simurq"la oyunda onlardan yalnız biri meydanda idi. Bu səbəbdən də zərbəni İvanovs vurdu.Bu, mənim təlimatıma əsasən baş verib. İvanovs uğurlu olmadı, futbolda belə şeylər olur. Mənim üçün maraqlısı komandanın münasibəti idi. Olduqca vacib olanı futbolçuların bunu anlamaları və komanda yoldaşlarına dəstək vermələridir. Futbolçu insandır, o, səhvə yol verə bilər”.
Çempionatda zəif rəqib olmadığını deyən baş məşqçi növbəti turda “İnter”lə oyun barədə də fikirlərini bölüşüb: “Bu barədə ötən il də çox yazırdılar, indi də deyilir. Klubların büdcələri fərqli olsa da, oyuna hazırlıq səviyyəsi eyni dərəcədə ciddi aparılır. Bəzən görürsünüz ki, gənclər komandası belə "diş göstərir". Zəif rəqib yoxdur. Bu açıq-aydın görünür.
"İnter" güclü və təcrübəli komandadır. Biz bu oyuna böyük önəm veririk. Hazırlığımızı ən yüksək səviyyədə aparırıq. Rəqibi öyrənirik, "İnter" barədə kifayət qədər məlumatımız var. Onların oyunçularını tanıyırıq və bu işləri davam etdiririk”.
Təcrübəli mütəxəssis komandaya yeni oyunçuların alınacağını da istisna etməyib: “Ümid edirəm ki, heyəti daha da gücləndirəcəyik. Yeni futbolçuların gəlişi gözlənilir. Bu barədə fikir mübadiləsi aparılıb və qərar verilib. Yeni futbolçularımızın faydalı olacağına inannıram. Futbolçu qələbədən sonra eyforiyaya düşməməlidir, yaxud da uğursuzluqdan ağlayıb-sızlamamalıdır. Futbolçular və məşqçilər öz məsuliyyətlırini dərk etməlidirlər. Biz böyük hədəfləri olan iddialı bir klubun nümayəndələriyik. Bunu hamı dərk etməlidir.
Media ilə münasibətlərə də toxunan Starkov sonda “Bakı” azarkeşlərinə səslənib: “Biz mətbuata açıq komandayıq. Bütün məşqlərimiz açıq keçirilir. Komandanı izləmək istəyində olan mətbuat nümayəndələri məşqlərimizdə iştirak edə bilərlər. Bu bizim işimizin bir parçasıdır. İcitmaiyyəti məlumatlandırmaq, mətbuatı maraqlandıran sualları cavablandırmaq, azarkeşlər qarşısında hesabat vermək bizim peşəkar faəliyyətimizin bir hissəsidir. Komandamız mətbuata və azarkeşlərlə təmaslara açıqdır.
"İnter"lə oyun əvvəli azarkeşlərimizə üz tuturam: komandamızın sizin dəstəyinizə ehtiyacı var. "İnter"lə oyunda bizimlə olun, əlimizdən gələni edəcəyik ki, sizi sevindirək”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı