“Rəvan” klubunun baş məşqçisi Bəhmən Həsənovun Qol.Az saytına müsahibəsi
- “Neftçi” ilə çempionat oyununda minimal hesabla məğlub oldunuz. Ümumən komandanız necə təsir bağışladı?
- Bildiyiniz kimi, “Neftçi” keçən mövsümün qalibi olmaqla yanaşı, bir çox səviyyəli futbolçuya malikdir. Belə güclü komandaya qarşı oynayıb qələbə qazanmaq çox çətin idi. Ancaq deməzdim ki, həmin oyunda daim üstün tərəf rəqib oldu. Cəmi bir qol vurdular ki, o da əks hücum zamanı baş verdi. Bu qolda müdafiəçimizin kobud səhvi oldu desəm, yanılmaram. Bundan sonra bizim də hesabı dəyişmək üçün şanslarımız oldu. Lakin istifadə edə bilmədik.
- “Neftçi” ilə görüşdə hücum xəttinizin yaxşı təsir bağışlamaması nə ilə əlaqədar idi?
- Əvvəla, özünüz də yaxşı bilirsiniz ki, rəqibin müdafiəçiləri çox güclü və yüksək səviyyəyə malik futbolçulardır. Bizim hücumçulara gözlərini açmağa, topla rahat hərəkət etməyə aman vermirdilər. Digər tərəfdən, rəqib səfərdə çıxış etdiyindən müdafiədə daha diqqətli oynayırdı. Ancaq ümumilikdə hücumçularımız pis təsir bağışlamadılar. Əgər onlar passiv olsaydı, rəqibin cərimə meydançasında tez-tez təhlükəli vəziyyətlər yaratmazdılar.
- Keçən mövsüm başa çatdıqdan sonra komandanın səviyyəli hücumçularından hesab edilən Elşən Məmədovu satmaq nə dərəcədə düzgün idi?
- Biz Elşəni bilə-bilə satmadıq. Sadəcə,onun komandayla müqaviləsi bitdiyi üçün azad agent kimi AZAL klubuna keçməyi üstün tutdu. Özünüz də yaxşı bilirsiniz ki,bu dəqiqə futbolçuların çoxu klublarla yalnız bir illik müqavilə bağlamağı üstün tuturlar. Çünki müqaviləsi bitdikdən sonra başqa klub beş-on manat artıq verərsə, həmin komandada oynamağı üstün tuturlar. Əgər komandada qalmaq istəmirsə, zorla heç kimi saxlamaq fikrimiz yoxdur.
- Növbəti oyununuz səfərdə “Simurq”a qarşı olacaq.
- “Simurq”gənc futbolçulardan təşkil olunmuş bir komandadır. Düzdür, onların da müəyyən problemləri var, ancaq gördüyünüz kimi “Bakı”yla oyunda rəqibə ciddi müqavimət göstərdi. Çempionatın əvvəlində də demişdim, indi bir daha təkrar edirəm, hazırda zəif və güclü komanda söhbəti yoxdur. Yenə “Simurq” iki oyundan sonra iki xala malikdir. Bizim isə heç bir xalımız da yoxdur.
- Sözlərinizdən belə çıxır ki, sizi “Simurq”la çətin oyun gözləyir?
- Ona qalsa, bütün klubların bir-bir ilə oyunu ağır keçir. Belə götürəndə, həm “Xəzər Lənkaran”, həm də “Qəbələ”nin oyunu “Sumqayıt Şəhər”lə çox çətin keçdi. Demək olar ki,oyunların çoxunda qələbələr yalnız bir top fərqi ilə olub.
- Mətbuata açıqlamanızda bildirmisiniz ki, “Simurq”a da məğlub olsanız, istefa verəcəksiniz.
- Bunu yazan jurnalist məni səhv başa düşüb. Sual verdi ki, gələcəkdə sizin klubda probleminiz olarsa, istefa verəcəksiniz. Mən də cavab verdim ki, özünə hörmət edən məşqçi klubda işləri düzgün getməsə, istefa mədəniyyəti göstərməli, vəzifəsindən getməlidir. Bu, bütün dünya məşqçilərinə aitdir. Ancaq, nədənsə, həmin jurnalist özünəməxsus şəkildə yazmağı qərara alıb.
- İki turdu komanda məğlubiyyət acısı yaşayır. Buna rəhbərliyin reaksiyası necədir, hələ də sizə dəstək verirlər?
- Rəhbərlik keçən mövsüm də, “Muğan”da çalışanda mənə çox yaxşı dəstək olduğu üçün komanda xeyli irəllədi. Bu mövsüm də mənə inandıqlarını bildirərək, hər zaman dəstək olacaqlarını ifadə edblər. Mən bu klubda müqavilə ilə deyil, bir işci kimi çalışıram.
- Bu mövsüm “Rəvan”ın qarşısına hansı məqsədlər qoyulub?
- Əsas məqsədlərimizdən biri minumum ilk altılıqda yer almaqdı. Bunun üçün potensialımızın yetərincə olduğunu düşünürəm. Sadəcə iki oyunda bəxtimiz gətirmədi.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı