“AZAL çox güclü komandalardan hesab edildiyindən bu oyuna ciddi hazırlaşmışdıq. Baxmayaraq ki, məşqlərdə cəmi on iki futbolçu ilə çalışırdıq, komandada əhval-ruhiyyə yüksək səviyyədə idi. İlk dəqiqələrdə sürətli oyun keçdiyindən hər iki komandanın qapısı önündə tez-tez təhlükəli vəziyyətlər yaranırdı. Rəqib hücuma atılaraq erkən qol vurmağa çalışdığından müdafiədə ard-arda səhvlərə yol verirdilər. Biz də bu fürsətdən yetərincə istifadə edərək möhtəşəm qələbə qazandıq”.
Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri «Xəzər Lənkəran»ın yarımmüdafiəçisi Rahid Əmirquliyev ölkə çempionatında AZAL üzərindəki 3:0 hesablı qələbəni şərh edərkən deyib.
O, belə böyükhesablı qələbə qazanacaqlarını gözləmədiyini söyləyib: “Axı, bizim komandada futbolçuların azlığı ilə bağlı problem vardı. Hələ ki, komandanın tərkibində cəmi on üç futbolçu məşq edir. Yaxın günlərdə komandanın heyətinə bir neçə səviyyəli futbolçu qoşulmalıdır. Məncə, qarşımıza yüksək yerlər qazanmaq məqsədi qoyulubsa, yaxşı heyətə malik olmalısan”.
R.Əmirquliyev bir müddət «Qarabağ»a keçmək istəməsilə bağlı xəbərlərə də münasibət bildirib: «Mənim “Xəzər Lənkaran”la hələ bir il müqaviləm var. Başqa kluba keçməyimlə bağlı məsələyə gəldikdə, açığını deyim ki,bu haqda heç düşünməmişəm. Bunlar şayiədən başqa bir şey deyil».
«Xəzər Lənkəran» rəhbəriyi komandada islahatlar aparmaq qərarına gələndə səni də heyətdən uzaqlaşdırmaq variantı var idi» sualına cavab olaraq Əmirquliyev bunları söyləyib: «Əvvəlcə mənim bu qərardan xəbərim yox idi. «Makkabi» ilə oyundan sonra çox yorğun olduğum üçün istirahət edirdim. Bir də başverənlərin mənə heç bir adiyyatı yox idi. Sonra mənə zəng edib Lənkarana gedəcəyimiz haqda məlumat verdilər».
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı