“Neftçi”nin futbolçuları millidəki karyeralarını başa vurdular

“Neftçi”nin futbolçuları millidəki karyeralarını başa vurdular
ÖLKƏ FUTBOLU 16 Avqust 2011 / 12:37 2198
-  A +

“Neftçi” klubunun makedoniyalı futbolçuları İqor Mitreski və Slavço Georgiyevski yığma karyeraları ilə bağlı qərar veriblər. Qol.Az saytının məlumatına görə, təcrübəli oyunçular millidə çıxışlarını başa vurmağı üstün tutublar.

“Neftçi”yə ötən yay gələn Mitreski ilə Georgiyevski bunu gənc futbolçuların yığmaya düşmələrinə imkan yaradılmağı ilə əsaslandırıblar.

Makedoniya yığmasında millimizlə yoldaşlıq görüşündən sonra baş məşqçi postunda dəyişiklik edilərək, təcrübəli uelsli mütəxəssis Con Toşak gətirilib.

Qeyd edək ki, 31 yaşlı Slavço millimizə Bakıda 1:0 hesabı ilə qalib gəldikləri oyunun 2-ci hissəsində meydana daxil oldu. Ondan 1 yaş böyük olan İqor isə zədə üzündən həmin görüşdən kənar qaldı.

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...

20.12.25  10:02

Salah üzr istəyib