Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının II turuna 1 oyunla start verilib. Qol.Az-ın məlumatına görə, turun açılış oyunu Tovuzda baş tutub.
Burada yerli komanda “Turan” öz meydanında Gəncənin “Kəpəz” klubunu qəbul edib. İlk turda səfərdə Bakının “İnter” klubuna minimal hesabla (0:1) məğlub olan “Turan” bu görüşdə qələbə qazanmaq niyyətində idi. Yeni baş məşqçisi Əsgər Abdullayevlə ilk ev oyununa çıxan “Turan” klubu da doğma azarkeş amilindən maksimum yararlanıb.
Bu mövsümün ilk qərb derbisi "Turan"ın qələbəsi ilə başa çatıb. Matçın 6-cı dəqiqəsində qapısında qol görən tovuzlular daha sonra oyunda dönüş yarada bilib. İlk hissənin ortasında hesabı bərabərləşdirən Əsgər Abdullayevin komandası fasilədən sonra daha iki dəfə fərqlənməklə görüşdən qələbə ilə ayrılıb - 3:1.
Beləliklə, ikinci oyununda ilk qolunu vuran və ilk xalını qazanan "Turan" turnir cədvəlindəki mövqeyini xeyli yaxşılaşdırmış oldu. "Kəpəz"ə gəldikdə isə Gəncə təmsilçisi ilk hissədə yaxşı təsir bağışlasa da, fasilədən sonra rəqibin hücumu qarşısında aciz qalıb və qərb derbisini məğlub başa vurub.
Turun digər görüşləri isə sabah keçiriləcək. Günün mərkəzi qarşılaşması isə Quzanlı qəsəbə stadionunda “Qarabağ”la “İnter” klubları arasında olacaq. Eyni zamanda son Azərbaycan çempionu “Neftçi” də sabah “Rəvan”la ilk oyununa çıxacaq. Digər oyunlarda AZAL öz meydanında “Xəzər Lənkəran”ı, “Bakı” Zaqatalanın “Simurq”, “Sumqayıt Şəhər” isə “Qəbələ”ni qəbul edəcək.
13 avqust (şənbə)
Premyer Liqanın II turunun görüşləri
18:00. "Turan"- "Kəpəz" - 3:1
13 avqust 2011. Saat 18:00. Tovuz şəhər stadionu. 5000 tamaşaçı
Baş hakim: Vüsal Əliyev
Baş hakimin köməkçiləri: Elşən Acalov, Aleksandr Musatkin
Dördüncu hakim: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Vaqif Məmmədov
Hakim-inspektor: Orucəli Durmuşov
Sarı vərəqələr: Zura Dzamsaşvili, 41 (rəqibə qarşı kobud oyun); Nadir Nəbiyev, 45+2 (hakimin qərarına etiraz) // Vasif Əliyev, 13 (qeyri-idman hərəkəti)
Qollar: Zura Dzamsaşvili, 24; Sergey Artyux, 55 (p.); 80 // Ceyhun Sultanov, 5
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
“Turan”: 1. Göksu Hasancik, 3. Aftandil Hacıyev, 5. Ayxan Abbasov (15. Namiq Əliyev, dəq.82), 6. Aleksandr Dubileviç, 7. Ramal Hüseynov (k), 10. Nadir Nəbiyev, 14. Aleksandr Qoqoberaşvili, 19. Ruslan Abbasov, 24. Sergey Artyux, 27. Zura Dzamsaşvili, 29. Rudison Ferreyra, (17. Samir Əliyev, dəq.23), (21. Rəşad Orucov, dəq.67)Ehtiyat oyunçular: 30. Ramil Kərimov, 9. Yasin Abbasov, 11. Georgi Beriaşvili, 18. Hafiz Əliyev
Baş məşqçi: Əsgər Abdullayev
“Kəpəz”: 88. Elşən Poladov, 5. Muammer Erdoğdu, 6. Vasif Əliyev(8. Armand Feutchine, dəq.57), 10. Ceyhun Sultanov (k), 11. Sabir Allahquliyev, 17. Renat Sultanov (23. Junivan Suares, dəq.61), 18. Nikolay Svejintsev, 19. Zaur Əsədov (7. Asəf Qədiri, dəq.46), 24. Sidney Karqbo, 30. Yuri Fomenko, 34. Cavad Mirzəyev
Ehtiyat oyunçular: 22. Konstantin Kolesnikov, 9. Xəyal Qarayev, 15. Şahin Kərimov, 25. Anton Qay
Baş məşqçi: Mehman Allahverdiyev
14 avqust (bazar)
18:00. "Qarabağ" - "İnter"
Hakimlər: Elçin Məmmədov, Rza Məmmədov, Namiq Hüseynov, Fuad Həsənov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Quzanlı qəsəbə stadionu.
18:00. "Rəvan"- "Neftçi"
Hakimlər: Elnur Muradov, Ramiz Əsədov, Habil Əliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Rüfət Hüseynov
"Dalğa Arena" stadionu.
18:00. "Sumqayıt Şəhər" - "Qəbələ"
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Coşqun Həsənov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Əziz Əliyev
Hakim-inspektor: Nüvər Xasıyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
20:00. AZAL - "Xəzər Lənkəran"
Hakimlər: Fariz Yusifov, Mehman Mahmudov, Munis Abdullayev, Əliyar Ağayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Məlik Həsənov
Şüvəlan qəsəbəsi, "AZAL" stadionu.
21:00. "Bakı" - "Simurq"
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, İsgəndər Əliyev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Fazil Mürşüdov
Tofiq Bəhramov adına Respublika stadionu.
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı