"Qalatasaray" klubunun baş məşqçisi Fatih Terim ötən gün keçirilən məşqin ardından jurnalistlərin suallarını cavablandırıb.
Qol.Az-ın məlumatına görə, Terim ilk öncə komandanın kapitanı Arda Turanın "Atletiko" (Madrid) klubuna transferinə münasibət bildirib:
"Təbii ki, hər kəs kimi mən də məyus oldum. Çünki Arda kimi bir futbolçunu itirməyi heç bir məşqçi arzulamaz. Üstəlik Ardanın gözlənilmədən getməsi mənə daha çox təsir etdi. Əgər desəm ki, buna üzülmədim, yalan söyləmiş olaram.
Ancaq bütün bunlar Ardanı sevməyimə və ona uğurlar arzulamağıma mane ola bilməz. Ardanı yenə də çox istəyirəm və ona yeni komandasında uğurlar arzulayıram. Arda bizim üçün də önəmli bir futbolçu idi. Sadəcə onun qısa zaman kəsiyində bizdən ayrılmasına üzülürəm".
Təcrüəbli mütəxəssis daha sonra Ardanın yerinin boş qalmayacağını və işinə əvvəlki kimi davam edəcəyini bildirib: "Arda getsə də, "Qalatasaray" burada qaldı. Bu günədək "Qalatasaray"ı bir çox futbolçu tərk edib və hamısının da yerini digər oyunçular doldurub. Mən də komandadan gedərkən mənim yerimi dolduran olmuşdu. Bu gün də belə olacaq. "Qalatasaray"da heç kəsin yeri boş qalmayacaq.
Transfer fəaliyyətimizi də davam etdiririk. "Arsenal"dan Emanuel Ebuye və Andrey Arşavinlə maraqlanırıq. Lakin onların transferi heç də asan deyil. Bununla belə, Ebuye ilə danışıqların son mərhələsinə qədəm qoymuşuq. Arşavinə gəldikdə isə onu kim istəməz ki? Ancaq gəlin baxaq şərtlər bizim üçün əlverişlidirmi? Bu futbolçularla yanaşı digər oyunçuları da gözdən keçiririk.
Komandadan kim gedərsə getsin, "Qalatasaray" həmin "Qalatasaray"dır. Biz işimizi sonadək davam etdirəcəyik. Mən də bura uğur qazanmağa gəlmişəm. Lazım olan futbolçular komandadan kənarlaşdırılacaq, yerinə isə daha səviyyəli oyunçular alınacaq. Lakin bunun üçün bir qədər zamana ehtiyacımız var".
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı