AFFA Azərbaycan – Qazaxıstan matçının yerini dəyişdirdi

AFFA Azərbaycan – Qazaxıstan matçının yerini dəyişdirdi
ÖLKƏ FUTBOLU 12 Avqust 2011 / 18:50 3472
-  A +

Böyük Britaniyanın STRİ şirkətinin mütəxəssisləri Lənkəran şəhər Mərkəzi stadionunun ot örtüyünün vəziyyəti ilə tanış olmaq üçün Lənkərana səfər edib.

Qol.Az-ın məlumatıan görə, böyük britaniyalı mütəxəssislər ot örtüyünün 2011-ci il sentyabrın 6-a qədər lazımi səviyyəyə çatdırılmasının mümkün olmaması barədə rəy veriblər.

Bunu nəzərə alaraq, AFFA rəhbərliyi Avro-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Lənkəran şəhər Mərkəzi stadionunda keçirilməli olan Azərbaycan – Qazaxıstan oyununun Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunması ilə bağlı UEFA-ya müraciət edəcək.

Daha çox


Son xəbərlər