”Xəzər Lənkəran”dan daha bir rəsmi transfer

”Xəzər Lənkəran”dan daha bir rəsmi transfer
ÖLKƏ FUTBOLU 11 Avqust 2011 / 20:02 3908
-  A +

“Xəzər Lənkəran” Futbol Klubu daha bir futboçunu heyətinə qatıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 32 yaşlı portuqaliyalı futbolçu Antonio Paulo Sançes Semedo bugün klubla bir il müddətinə müqavilə imzalayıb.
 
Sağ cinah yarımmüdafiəçisi mövqeyində çıxış edən təcrübəli futbolçu karyerasının böyük hissəsini vətəninin “Estrela Amadora” klubunda keçirib.

Semedo həmçinin bir neçə mövsüm Rumıniya çempionatında “ÇFR”, “Styaua” və “Unirea” klublarının heyətində top qovub. Çıxış etdiyi son klub isə Kipr çempionatının təmsilçisi “Alki Larnaka” olub.
 

Daha çox


Son xəbərlər