Azərbaycan milli komandamızın və «Qəbələ»ni müdafiəçisi Mahir Şükürovun Qol.Az saytına müsahibəsi
- Yığma komandamızın dünən Makedoniya ilə keçirdiyi yoldaşlıq görüşü haqda fikirlərin necədir?
- Əvvəla onu deyə bilərəm ki, güclü rəqibə qarşı oynayırdıq və bu oyuna çox yaxşı hazırlaşmışdıq. İlk hissədə komandamız yaxşı təsir bağışlasa da, ikinci yarıda rəqibin bir neçə təhlükəli vəziyyəti oldu ki, onu da dəyərləndirməyi bacardılar.
- İlk hissədə yaxşı təsir bağışlasanız da, fasilədən sonra bunun tam əksini gördük.
- Özünüz də gördünüz ki, ikinci hissədə oyuncu dəyişikliyi çox oldu və bu, futbolçular arasında anlaşılmazlığa gətirib çıxardı. Həm də meydandakı uşaqların çoxu öz klublarında əsas heyətdə daim yer ala bilmirlər. Digər tərəfdən, rəqib ilk yarıda tez-tez yaratdığımız təhlükəli vəziyyətlərdən nəticə çıxararaq ikinci hissədə özünü toparladı və daha diqqətli oynamağa başladı. Deyərdim ki, bizim daha çox qol vurmaq şansımız oldu. Sadəcə, son nöqtəni qoyan futbolçu olmadı.
- “Bakı” ilə çempionat oyununda və millidə çıxışın yaxşı təsir bağışladı. Dəyəsən, əvvəlki formanı qaytarırsan.
- Mənim də məqsədim budur ki, əvvəlki çıxışlarımı bərpa edim. Deyim ki, yaxşı futbol oynamaq üçün çox darıxmışdım. Düşünürəm ki, qarşıdakı oyunlarda həm milli komandaya, həm də “Qəbələ”ya fayda verəcəyəm.
- Klubdan söz düşmüşkən, “Bakı”yla oyunda üstün tərəf olsanız da, qələbə qazana bilmədiniz.
- Doğrudan da, çox təhlükəli vəziyyətlər yaratdıq, amma topu qapıdan keçirə bilmədik. Burda hücumçuların passivliyi ilə yanaşı, bəxt amili də rol oynadı. Qələbə qazana bilməsək də, klub rəhbərliyi və baş məşqçi bizdən razı qaldığını bildirdi. Nəzərə alsaq ki, “Bakı” komandası da çempionluğa iddialı olan güclü klublardan sayılır, həmin oyunu xeyrimizə saymaq olar. Ancaq bu matçda “Qəbələ” “Bakı”dan daha güclü idi və qələbəyə layiq idik.
- “Qəbələ” futbolçuları hakimin “Bakı”nın qapısına penalti təyin etməli olduğunu, lakin bunu etmədiyini söyləyir. Bu haqda sən necə düşünürsən?
- Epizodu meydanda görə bilməsəm də, sonradan oyunun videyazısına baxdım. Həmin anda rəqib futbolçu Vurğun Hüseynovun köynəyindən dartırdı. Mən də iddia edirəm ki, bu epizodda penalti var idi.
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı