Milli komandamızın kapitanı, “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqovun Qol.Az saytına müsahibəsi
- Makedoniya ilə dünənki oyunda qələbə gözlədiyimiz halda, milli komandamız yenə uduzdu, Yığmanın kapitanı kimi məğlubiyyətin əsas səbəbini nədə görürsən?
- Belə pis oynamadıq. Birinci hissədə üstünlük bizim tərəfimizdə idi. Ancaq ikinci hissə başlayandan sonra rəqibimiz pressinq tətbiq etməyə başladı. Eyni zamanda orta xəttdə top itkilərinə məruz qaldıq. Lazımsız yerdə top itkiləri oldu. Nəticədə Makedoniya millisi təşəbbüsü ələ aldı. Ən pisi isə odur ki, top buraxdıq. Bundan sonra hesabı bərabərləşdirmək üçün çalışsaq da, təəssüflər olsun ki, alınmadı.
- Ümumilikdə, komandanın oyununu necə dəyərləndirərdin?
- Berti Foqts çox oyunçuya şans verdi. Çünki hamısını yoxlamaq istəyirdi. Yoxlama görüşü idi. Mən belə fikirləşirəm ki, optimal oyunumuzu göstərə bilmədik. İnşallah, Belçika və Qazaxıstanla fərqli oyunlar olacaq.
- Hər halda, yoldaşlıq oyunu belə olsa, millimiz Makedoniyaya qalib gəlməyə, ən azından isə heç-heç etməyə borclu idi. Çünki bu bir reallıqdır ki, Makedoniya elə də güclü komanda deyil və biz rəqiblə doğma meydanda qarşılaşırdıq.
- Makedoniya güclü deyil deyəndə, rəqibin heyətində 4-5 nəfər yaxşı futbolçular çıxış edir. Hiss edirəm ki, hücumda problemlərimiz var. Həlledici vuruşları yerinə yetirə bilmirik. Bizdə sonluq çatışmır. Bizdə elə bir hücumçu yoxdur ki, oyunu öz üzərinə götürsün, təkbətəkdə pas versin, qol vursun. Belə bir oyunçuya ehtiyacımız var. Heyətimiz cavan futbolçulardan qurulub. Gələcəkdə bəlkə daha yaxşı olarlar.
- Millidə elə bir futbolçu varmı ki, hər şeyi öz üzərinə götürsün və komandanı arxasınca aparsın?
- Beynəlxalq oyunlarda rəqiblər qarşı hücumda oynamaq çətindir. Çünki oyunçularda Avropa təcrübəsi çatmır. Açığı, hazırda millinin ön xəttində elə bir oyunçu yoxdur. Daha çox Əfrana güvənirdik. Onun nəsə edəcəyini düşünürdük. Ancaq Əfranın qarşısında Kiev “Dinamo”sunun məşhur müdafiəçisi dururdu. Hiss olunurdu ki, futbolçumuz ona qarşı oynamaqda çətinlik çəkirdi.
- Qeyd etdin ki, futbolçularımızda Avropa təcrübəsi çatmır. Bu problemin mərkəzində nə dayanır?
- Əsas problem klublarımızın avrokuboklarda mübarizəni tez dayandırması, lazımı təcrübə qazana bilməməsidir. Eyni zamanda futbolçularımızın legioner həyatı yaşamamsı da əsas amillərdəndir. Əgər 5-6 nəfər legioner həyatı yaşayan oyunçularımız olsaydı, nəticə də fərqli olardı. Makedoniya millisinin heyətinə baxırsan, 4-5 nəfər legioner futbolçusu var. Onlar da komandanı öz arxasınca apara bilirlər. Milli komandada belə şeylər olur. Hamısı ölkə daxilində oynayan futbolçulardır. Ustalıq səviyyəsinə görə, hardasa geri qalırıq. 90 dəqiqə oynayırıq, rəqib bir qol vurur, hər şey alt-üst olur.
- Ufuk Budak millidə debüt etdi. Bu futbolçunun çıxışı barədə nə deyə bilərsən?
- Yığmadakı ilk matçı olduğunu nəzərə alsaq, pis oynamadı. Gənc, solaxay və sürətli oyunçudur. İnanıram ki, bizə faydası olacaq.
- Sentyabrda Belçika və Qazaxıstana qarşı oyunlar var. Həmin qarşılaşmalar barədə nə düşünürsən?
- Hər iki oyun evdə olacaq. Çalışacağıq ki, yaxşı nəticələr qazanaq. Yenə deyirəm, həmin oyunlar tam fərqli olacaq. Sadəcə o vaxta qədər öz oyunumuzu daha da yaxşılaşdırmalıyıq.
- Mövzunu dəyişək. Həftəsonu yeni mövsümdə ilk oyununuza çıxacaqsınız. Rəqib isə “İnter”dir.
- Artıq çempionat başlayıb. Ancaq biz hələ oyun keçirməmişik. İlk matçda xal itirmək istəmirik. “İnter”in ilk oyununu izlədik. Komanda çox yaxşı təsir bağışladı. Ağır oyun olacaq. Heyətlə bağlı problemlərimiz var. Rəşad, Vüqar və Maksim zədəlidirlər. Bu səbəbdən də “İnter”lə qarşılaşmanı buraxacaqlar. İnşallah, matçdan yaxşı nəticə ilə ayrılarıq.
- Bu çempionatda “Qarabağ”ın qarşısında duran başlıca məqsəd çempionluqdur. Komanda qızıl medallar uğrunda mübarizə aparacaq. Cari mövsümdə ev oyunlarını Quzanlıda keçirmək istəyiniz sırf qarşıya qoyduğunuz məqsədlə əlaqədar ola bilər? Çünki “Qarabağ” Ağdamda daha yaxşı oynayır.
- Yox, biz həmişə Quzanlıda oynamaq istəmişik. Sadəcə, ot örtüyü və şərait yaxşı olmadığı üçün Bakıda oynayırdıq. Ancaq uzun müddətdir Quzanlı stadionunda təmir işləri gedir. Gözləyirdik ki, şərait yaxşı olsun və biz də oyunlarımızı orda keçirək.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi