Azərbaycan milli komandasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov dünən Makedoniya yığmasına qarşı keçirdiyimiz yoxlama oyunu ilə bağlı Qol.Az saytının suallarını cavablandırıb
- Millimizin sərgilədiyi oyun haqda fikirləriniz necədir?
- Ümumiyyətlə, hər bir yoldaşlıq oyununda hansısa məqsəd olur. Çox güman ki, bu görüşdə də baş məşqçi Berti Foqts hansısa taktiki gedişləri sınaqdan keçirməyi qərara almışdı. Matça gəldikdə isə, uşaqlar bu oyunda çox sakit çıxış etdilər. Həm də mən belə başa düşürəm ki, heyətlə problemlər var idi. Makedoniyayla keçirdiyimiz yoldaşlıq oyununun heyəti sentyabrın 2-də Belçikaya qarşı meydana çıxacaq heyətə uyğun olmalıydı. Ancaq, nədənsə, baş məşqçi millidə az çıxış edən futbolçulara üstünlük verdi və oyun onun istədiyi kimi alınmadı. Mənim fikrimcə, Foqts belçikalılarla oyunda başqa heyətə üstünlük verəcək.
- Millimiz yalnız ilk hissədə xoş təsir bağışladı və ikinci yarıda demək olar ki, heç nə edə bilmədi. Əvəzində qapısında hətta qol gördü.
- Oyunu hissələrə bölməyin heç bir mənası yoxdur. Çünki tarixdə tablodakı nəticə qalır. Hansı komandaya qarşı meydana çıxırsansa, yoldaşlıq görüşü olsa belə, buna ciddi yanaşmalısan. Çünki hər bir futbolçu millidə çıxış edərkən onun bayrağını, himnini təmsil edir. Digər tərəfdən, uzaq məsafə qət edərək,onları dəstəkləməyə gələn azarkeşlər üçün çanlarını qoymalı idilər. Ancaq, dəyəsən, bəzi futbolçular bunu heç anlamaq istəmirdilər.
- Sizcə, Berti Foqtsun seçimi düzgün deyildi?
- Söhbət ondan gedir ki, almaniyalı mütəxəssisin güvəndiyi futbolçular onun ümüdlərini doğrultmadı. Həm də nəzərə alaq ki, makedoniyalı futbolçuların çoxu Avropanın tanınmış klublarının formasını geyinir, komanda oturuşmuş heyətə malikdir. Ancaq oyunda da yaxşı gördük ki, onlar özlərini çox yormaq istəmir və zədələnməmək üçün canfəşanlıq etmirdilər.
- Dünənki matçda xüsusi olaraq kimlərin çıxışlarını dəyərləndirərdiniz?
- Kiminsə oyununu göstərməzdim. Ancaq çox istərdim ki, Belçika ilə görüşdə futbolçuların meydanda canlarını qoysunlar.
- Uzun müddət millinin şərəfini qoruyan Mahir Şükürov sizə necə təsir bağışladı?
- Hiss olunur ki, artıq əvvəlki formasını yığır. Ümumiyyətlə, hər bir futbolçu eniş dövrü yaşayır və belə olan halda sadəcə onlara vaxt vermək lazımdır. Çempionat oyununda da “Bakı”ya qarşı çox yaxşı çıxış etdiyini desəm yanılmaram. Fikrimcə, belə oyunçular yığma komandamız üçün çox lazımdır.
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı