“İnter”in müdafiəçisi Ruslan Poladovun Qol.Az saytına müsahibəsi
- Başlayaq lap əvvəldən. “Xəzər Lənkəran”dan niyə ayrıldın?
- “Xəzər Lənkəran”dan niyə ayrıldım deyəndə, karyeramı burada davam etdirmək istəyirdim. Ona görə də belə bir qərar qəbul etdim.
- Sabiq komandanla müqavilə müddətin başa çatmışdı?
- Yox, hələ bir illik müqaviləm var idi. Ancaq qarşılıqlı şəkildə razılaşdıqdan sonra müqavilənin şərtlərini pozduq və “İnter”ə keçdim.
- Lənkəran klubundan ayrılmağında ehtiyyatda qalmağının da rolu oldu?
- Əlbəttə, oldu. Çünki hər bir futbolçu daim oynaya biləcəyi bir komandada çıxış etmək istəyər. Eləcə də mən. Ehtiyatda oturmaqdan xoşum gəlmir. Daim meydana çıxmaq və oynamaq istəyirəm.
- Bəs zədən necə, Lənkəranla yollarını ayırmağında onun da təsiri oldu? Çünki, həmin ərəfədə ağır zədə almışdın.
- Yox, mən belə deməzdim. Əsasən ehtiyatda qaldığım üçün ayrıldım. Zədəli olmağım səbəb deyil. Onun elə bir təsiri olmadı.
- Zədədən sonra özünü necə hiss edirsən? Oynamağa hazırsan?
- Allaha şükür, hər şey yaxşıdır. Zədəm tam sağalıb. Bütün komanda ilə birlikdə məşqlərimi davam etdirirəm. Hər şey əladır. Özümü oynamağa tam hazır hiss edirəm. Səbirsizliklə meydana çıxacağım günü gözləyirəm.
- Sənin “İnter”ə keçidindən sonra komandanın baş məşqçisi Kaxaber Sxadadze mətbuata verdiyi açıqlamasında Azərbaycanın ən yaxşı cinah müdafiəçisini transfer etdiklərini demişdi. Ancaq nədənsə Premyer Liqanın ilk turunda səni nəinki start heyətdə, heç sonrakı dəqiqələrdə də meydanda görmədik. Bu nə ilə əlaqədar idi?
- Təbii ki, hər məşqçinin öz fikri var. O, əsas heyətdə kimi məsləhət bilirsə, onu da meydana buraxır. Gələcək turlarda ola bilər ki, start heyətdə meydana çıxım. Yenə deyirəm, bu, məşqçinin işidir. Burada futbolçudan asılı heç nə yoxdur.
- Artıq Premyer Liqanın ilk turu geridə qaldı. Cari çempionatda qarşınıza qoyulan başlıca vəzifə nədən ibarətdir?
- Bildiyiniz kimi, “İnter” hər zaman iddialı yerlər uğrunda mübarizə aparıb. Həmişə başlıca hədəf kimi qarşımıza kubok və çempionluğu qazanmağı qoymuşuq. Bu mövsümdə də eyni ənənəni davam etdirmək istəyirik. Əsas hədəfimiz ölkə çempionluğudur. Ancaq eyni zamanda, kuboku da qazanmaq istəyirik.
- Əvvəlki illərlə müqayisədə “İnter”in heyətində yerli futbolçuların sayı bir qədər artıb. Necə düşünürsən, bu, komandanın oyununa necə təsir göstərəcək?
- Yerli futbolçuların komandaya cəlb olunması təqdirəlayiq haldır. Bu, Azərbaycan futbolunun inkişafı üçün əsas amillərdən biri, hətta mən deyərdim ki, birincisidir. Yerli oyunçuların çıxışı bizim oyunumuza da müsbət mənada təsirsiz ötüşməyəcək. Qarşıda uzun marafon və kifayət qədər oyunlar var. Mən belə düşünürəm ki, oyundan oyuna komandada uyğunlaşma problemi qalmayacaq və “İnter” indikindən də yaxşı çıxış edəcək.
- Premyer Liqanın növbəti turunda “Qarabağ”la qarşılaşcaqsınız. Həmin oyun barədə nə düşünürsən?
- Digər oyunlara olduğu kimi, “Qarabağ”la matça da ciddi hazırlaşırıq. Ümumiyyətlə, bizim üçün rəqibin fərqi yoxdur. Hər bir komandaya eyni gözlə baxırıq. “Qarabağ” Azərbaycanın yaxşı komandalarından biridir. Ağdam klubu ilə oyuna ancaq qələbə üçün çıxacağıq. İnşallah, yaxşı oyunla istədiyimiz nəticəni əldə edə biləcəyik.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı