“Kəpəz”in baş məşqçisi Mehman Allahverdiyevin Qol.Az saytına müsahibəsi
- İlk olaraq, Premyer Liqada “Rəvan”la keçirdiyiniz görüş haqda fikirlərinizi bilmək istərdik?
- Yetirmələrimin oyunundan razı qaldım desəm, yanılmaram. Nəzərə alsaq ki, digər klublar bizə nisbətən daha yaxşı təlim-məşq prosesi keçiblər, onda niyə də razı qalmayım? Düzü, komandamız hələ tam komplektləşməyib. Bəzi futbolçuların heyətə gec qoşulmalarının da istər-istəməz komandanın oyununa mənfi təsir göstərdiyini nəzərə alsaq, ”Rəvan”la oyunda uşaqlar pis təsir bağışlamadı.
- Hansı futbolçular “Kəpəz”in heyətinə gec və ya son anda qoşuldular?
- Yerli futbolçulardan Vasif Əliyev, əcnəbilərdən Armand Feotçin və Suares komandaya son gündə qoşuldular. Bütün bunlara baxmayaraq, yetirmələrim həmin oyunda canlarını qoydular. Mən inanmazdım ki, 90 dəqiqə ərzində futbolçular dayanmadan mübarizə apara bilərlər. Düzdür, bəzi səhvlərimiz olsa da, ümumilikdə uşaqlardan və nəticədən razı qaldım.
- Növbəti turda “Turan”la qarşılaşacaqsınız. Qərb derbisi kimi tarixə düşmüş oyun bərədə nə deyə bilərsiniz?
- Bizim onlarla oyunlarımız hər zaman çox çətin və maraqlı olur. İnanıram ki, növbəti qarşılaşma da hər zamankı kimi maraqlı olacaq.Yaxşı bilirsiniz ki, ”Turan” komandası bu mövsüm heyətinə təcrübəli futbolçular qataraq, xeyli güclənib. Bu görüşdə qələbə qazanmaq o qədər də asan olmayacaq.
- Səfərə hansı nəticə üçün gedəcəksiniz?
- Biz bu mövsüm iddialılar sırasında olmaq istəyərik. Bütün komandalarla oyunda yalnız qələbə qazanmaq üçün meydana çıxacağıq. Elə Tovuza da 3 xal qazanmaq üçün gedəcəyik.
- Yayılan məlumatlara görə, artıq uzun müddətdir baxışda olan rusiyalı qapıçı ilə müqavilə imzalanıb.
- Bəli, tamamilə doğru xəbərdir. Bu futbolçunun adı Konstantin Kolesnikovdur. Əslində biz bu qapıçını çoxdan bəyənmişdik, sadəcə transfer vərəqəsini almaqda problemlə üzləşmişdik. İndi hər şey qaydasında gedir və Konstantin artıq “Kəpəz” klubuna məxsusdur.Hətta deyim ki, bu qapıçını biz “Simurq”la oyunda da meydana buraxmışdıq və çox xoşumuza gəldi.
- Hazırkı heyəti daha da gücləndirmək üçün yaxın zamanlarda yerli və ya əcnəbi futbolçuların transferi gözlənilir?
- Yerli futbolçular dedikdə, dünən Pərviz Paşayev klubun bazasına yoxlanışa gəlib. Legionerlərin də komandaya baxış üçün gəlişi nəzərdə tutulub. Çünki daha yaxşı yerli oyunçular artıq klublara məxsusdur. Nəzərə alsaq ki, bu mövsüm çempionatda uğurlu çıxış etmək istəyirik, onda legionerlərin gələcəyi də istisna deyil.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı