Azərbaycan milli komandası bu gün növbəti sınaq görüşünə çıxıb. Qol.Az-ın məlumatına görə, Berti Foqstun komandası Makedoniya milllisi ilə qarşılaşıb.
Makedoniya yığması da millimiz kimi qrupda 5-ci pillədə qərarlaşıb. Lakin millimizdən fərqli olaraq B qrupunda mübarizə aparan Makedoniya yığmasının aktivində 4 xal var. Andorranı qabaqalayan makedonlar millimizlə görüşə seçmə mərhələ öncəsi son sınaq matçı kimi baxır.
Makedoniya millisinə yeni baş məşqçinin təyin olunmasının da bu komandanın axşamkı oyunda var gücü ilə mübarizə aparacağına şübhə yaratmır. Qeyd edək ki, Makedoniya sentyabrın 2-də səfərdə Rusiya, ayın 6-da isə öz meydanında Andorra ilə qarşılaşacaq.
Milli komandamıza gəldikdə isə bu görüş Berti Foqts üçün də seçmə mərhələ öncəsi bir sınaq oyunu olacaq. Son görüşündə evdə Almaniya millisinə 1:3 hesabı ilə məğlub olan yığmamız bu dəfə doğma azarkeşlər önündə qələbə qazanmaq niyyətində idi.
Qeyd etmək yerinə düşər ki, milli komandamız ötən il Avstriya toplanışı çərçivəsində Makedoniya ilə qarşılaşmış və həmin görüş 3:1 hesabı ilə rəqibin xeyrinə başa çatmışdı. Bu dəfə isə tərəflər Bakıda “Dalğa Arena”da üz-üzə gəliblər.
Ancaq təəssüf ki, Berti Foqtsun komandası bu dəfə makedonlarla bacarmayıb. İlk hissədə böyük üstünlüyə malik olan millimiz ələ düşən imkanlardan yararlana bilməyib. Rəqibin ən təhlükəli futbolçusu Qoran Pandevin vurduğu qol oyunda yeganə olub və milllimiz bu görüşdən də məğlub ayrılıb - 0:1.
Qeyd edək ki, Azərbaycan millisi AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 2-də Belçikanı, ayın 6-da isə Qazaxıstan yığmasını qəbul edəcək.
10 avqust
Beynəlxalq yoldaşlıq görüşü
20:00. Azərbaycan – Makedoniya - 0:1
Qol: Qoran Pandev, 58 (0:1)
Hakimlər: Aleksey Kulbakov, Andrey Hetsikau, Vitali Malyutsin (hamısı Belarus), Rəhim Həsənov (Azərbaycan).
Hakim-inspektor: Xaqani Məmmədov (Azərbaycan)
Nümayəndə: Gülağa Cabarov (Azərbaycan)
Bakı. “Dalğa Arena” stadionu.
Azərbaycanın start heyəti: 1. Kamran Ağayev, 14. Rəşad Sadıqov (k), 13. Vurğun Hüseynov, 5. Elnur Allahverdiyev, 8. Aleksandr Çertoqanov, 19. Rahid Əmirquliyev, 20. Fabio Luis Ramim (Cavid Hüseynov, 73), 4. Mahir Şükürov, 22. Əfran İsmayılov (Ufuk Budaq, 64), 10. Elvin Məmmədov (Arif İsayev, 26), 11. Rauf Əliyev (Murad Hüseynov, 67).
Ehtiyat oyunçular: 15. Aqil Məmmədov, 23. Andrey Popoviç, 2. Rail Məlikov, 3. Aqil Nəbiyev, 9. Murad Hüseynov, 15. Ruslan Abışov, 16. Cavid Hüseynov, 24. Arif İsayev, 25. Ufuk Budaq.
Makedoniyanın start heyəti: 1. Tome Paçovski, 2. Stefan Ristovski, 3. Qoran Popov, 4. Vançe Şikov, 5. Daniel Moysov, 7. Ferhan Hasani (Vladimir Dimitrovski, 86), 8. Muhammed Demiri (Slavço Georgiyevski, 77), 9. Veliçe Şumulikoski (Stefan Spirovski, 67), 11. Aleksandr Traykovski (Vlatko Qrozdanoski, 58), 10. Qoran Pandev (k), 13. İvan Triçkovski.
Ehtiyat oyunçular: 1. Martin Boqatinov, 6. Slavço Georgiyevski, 14. Stefan Spirovski, 15. Vladimir Dimitrovski, 17. Vlatko Qrozdanoski, 18. Samir Fazli.
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı