Elvin Əliyev: "Premyer Liqada zəif və güclü anlayışı yoxdur"

Elvin Əliyev: "Premyer Liqada zəif və güclü anlayışı yoxdur"
ÖLKƏ FUTBOLU 9 Avqust 2011 / 22:11 2017
-  A +

"Bakı" klubunun sol cinah müdafiəçisi Elvin Əliyev klubun rəsmi saytına müsahibə verib.

Qol.Az-ın məlumatına görə, Premyer Liqanın ilk turunu dəyənləndirən Əliyev komandasının növbəti oyunlarda qələbə qazanacağına inandığını bildirib:

“Qəbələ” ilə keçirdiyimiz ilk oyun zamanı həm komandamızın, həm də öz oyunumdan razı qaldım. Rəqibə gəldikdə, ilk qarşılaşmada tam fərqli “Qəbələ” gördük. Əvvəlkindən güclü, fərqi futbol oynayan və çox güclü heyətə malik bir komanda ilə qarşılaşdıq.

Gərgin keçən oyunda qazanılan bir xalı qənaətbəxş hesab edirəm. Qələbə qazanmaq istəyirdik, bir xalla kifayətləndik. Qarşıdakı oyunda daha yaxşı oynayıb, üç xalı qazanmalıyıq. 

Hamı bilir ki, Azərbaycan çempionatında komandalar mübarizliyi ilə seçilir. Premyer Liqada zəif və güclü klub anlayışı yoxdur. İnanıram ki, “Bakı” ilk qələbəsini “Simurq”un üzərində qazanacaq və bundan sonra bu qələbələr seriyasını davam etdirəcək.

“Bakı” azarkeşlərinə isə demək istərdim ki, yaxşı və çətin gündə komanda ilə birgə olub, komandamızı dəstəkləsinlər. Bunun qarşılığını qələbələrlə vermək istəyirik".

Daha çox


Son xəbərlər
topaz banner