Sabah Makedoniya ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün mətbuat konfransı keçirib.
Qol.Az-ın məlumatına görə, Foqts Makedoniya ilə oyunöncəsi bunları deyib:
"Təlim-məşq toplanışına ötən həftə başladıq. Futbolçular hələ ki, optimal formada deyillər. Bununla belə, mən sabah onlardan yaxşı oyun gözləyirəm. Təəssüf ki, klublarımız Avropada uğursuz çıxış etdilər. Çox istərdim ki, klublarımız bir neçə mərhələ keçərək öz təcrübələrini artırsınlar. Lakin alınmadı.
Bununla belə, mən Premyer Liqanın da oyunlarını izləyirəm. Təəssüf ki, əksər klublar müdafiə futbolu oynayır. Mənim isə futbolçuları yoxlamaq üçün əlimə gözəl şans düşüb. Bu təlim-məşq toplanışında bir çox futbolçular iştirak etmir. Vaqif Cavadov bir ildə üç klub dəyişir. Ona görə də mən ona bir qədər vaxt verməli oldum. Elvin Məmmədova isə ilk dəqiqələrdən şans verəcəyəm. Onun hazırki durumunu görmək istəyirəm. Ufuk Budaq da ikinci hissədə meydana daxil ola bilər. Ona əsasən müdafiənin sol cinahında yer verəcəyəm".
Berti Foqts qeyd edib ki, millimiz daha öncə Makedoniyaya 1:3 hesabı ilə məğlub olub: "Həmin oyunda Elvin fərqlənmişdi. Ramim də yaxşı oyunçudur. Millidə oynaya bilər. Maksim Medvedevə gəldikdə isə o, hələ ki, formada deyil. İki il əvəl daha yaxşı oynayırdı. Müasir dövrdə futbolda güclü pleymeyker yoxdur. Yığmada 10 nömrə kimi Fabio Luis Ramim və Elvin Məmmədovu görürəm".
Alman mütəxəssis qeyd edib ki, futbol sahəsində yalnız mütəxəssislər işləməlidir: "Futbolçular bu işə daha erkən yaşlarından başlamalıdırlar. Almaniyada işləyərkən, iddialı klublara 15 yaşlı futbolçular verirdik və onlar 2 ildən sonra azərbaycanlı futbolçular kimi yetişirdilər. Halbuki azərilərlə almanlar arasında heç bir fərq yoxdur. Sadəcə, öz üzərilərində daha çox işləməlidirlər.
Yaxşı nəticələr əldə etmək üçün uzun zamana ehtiyac duyulur. Ancaq azərilər qısa zaman kəsiyində uğur gözləyirlər. Ötən mövsüm Makedoniya ilə oyunda etdiyimiz səhvləri bu dəfə təkrarlamaq istəmirik. Həmin vaxt futbolçular 2 gün öncə Moldova ilə oyunu bəhanə gətirmişdilər. Lakin mən neçə ildir futbolun içindəyəm. Birinci dəfədir belə şey eşidirəm ki, üçgündənbir oyun keçirmək olmaz".
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı