“Bakı”nın yarımmüdafiəçisi Elvin Məmmədov dünən Premyer Liqada keçirdikləri ilk oyunla bağlı Qol.Az saytına müsahibə verib
- İlk olaraq səfərdə “Qəbələ”yə qarşı keçirdiyiniz oyun haqda fikirlərini bilmək istərdim.
- Bildiyiniz kimi çempionatın ilk oyunları çox çətin olur. Həm də “Qəbələ” bu mövsüm iddialı komandalar sırasına daxil olaraq Avroliqaya vəsiqə uğrunda mübarizə aparmaq əzmindədir. Bu isə o deməkdir ki, istənilən rəqiblə görüşlərə yalnız qələbə üçün meydana çıxacaqlar. Ümumilikdə çox yaxşı komanda yaratmağı bacarıblar. Mənim fikrimcə, “Qəbələ” çempionatda hələ çoxlarının başını ağrıdacaq.
“Bakı”ya gəlincə, turun ilk səfər oyununda güclü komandayla görüşdə bir xal qazanmaq heç də pis nəticə deyil.
- İddialı komandanın bir xalı uğur sayması nə dərəcədə düzgündür?
- Əvvəla “Qəbələ” elə belə komanda deyil. Digər tərəfdən, heyətində güclü legionerlər çıxış edir. Yaxşı bilirsiniz ki, “Bakı”ın heyətində xeyli dəyişiklik edilərək yeni futbolçulardan ibarət komanda yaradılıb. Məhz bu səbəbdən futbolçular arasında anlaşma hələ yüksək səviyyədə deyil. Ona görə də istədiyimiz oyunu göstərə bilmədik.
- “Bakı”nın heyətində Parks, Verpakovski kimi səviyyəli hücumçular olsa da, onlar demək olar ki, heç nə ilə yadda qalmadılar.
- Legionerlərin səviyyəsinə heç kim şübhə edə bilməz. Parksın necə oyunçu olduğuna “Xəzər Lənkaran”dakı çıxışından yaxşı bələdik.Verpakovski isə həm milli komanda, həm də klub səviyyəsində özünü sübut etmiş futbolçudur. Düşünürəm ki, təcrübələri onlara bəsdi. ilk oyunda təhlükəli vəziyyət yaratmamalarını isə normal qarşılamaq lazımdır. Bir daha deyirəm, komanmızda xeyli yeni oyunçu var və xətlərarası əlaqələr hələ tam qaydasında deyil. Ona görə də ötürmələrdə gecikmə və səhvlər olduğu danılmazdır. Ancaq mən düşünürəm ki, növbəti görüşdə yaxşı mənada fərqli “Bakı”görəcəksiniz. Çünki məqsədimiz klubumuzu layiqincə təmsil etməkdir.
- Səncə, Verpakovski-Parks tandemi çempionatın ən yaxşı tandemlərindən ola bilər?
- Niyə də yox? Hər iki futbolçu xüsusi kefiyyətlərə malikdir. Verpakovski həddindən artıq təcrübəli, hiyləgər və qol duyumu yaxşı olan futbolçu sayılırsa, Parksın sürəti və texnikasını göstərmək olar.
- “Qəbələ”li futbolçular hakimi sizin qapınıza penalti verməməkdə suçlayırlar.
- Dəqiq deyərdim ki, orada penalti yox idi. Hakim Fariz Yusifov da həmin epizoda çox yaxın idi. Əgər hər toxunuş zamanı penalti verilsəydi... “Bakı” küncdən zərbə vuran vaxtı rəqibin qapıçısı açıq şəkildə Verpakovskini itələdi. Onda gərək biz də, hakimdən onbirmetirlik cərimə zərbəsi tələb edəydik.Yenə deyirəm, penaltidən söhbət belə gedə bilməz.
- Klubun rəhbərliyi qələbə qazana bilməməyinizə görə sizə irad bildirmədi?
- Yox. Əksinə hər birimizi təbrik etdi. Belə bir güclü və iddialı komandayla mübarizədən sonra meydandan bir xalla ayrılmaq yaxşı nəticədir. Nəzərə almaq lazımdır ki, biz səfərdə oynamaqla yanaşı bu çempionatda ilk matçımıza çıxdıq. Növbəti oyun üçün ancaq qələbəyə köklənmişik.
- “Bakı” bu mövsüm qızıl medallar üçün oynayacaq?
- İlk məqsədlərimizdən biri Avroliqaya vəsiqə qazanmaqdır. İndidən desəm ki,konkret olaraq qarşımıza qızıl medalları qazanmaq məqsədi qoyulub, yalan olar. Hər şey zaman keçdikcə bəlli olacaq. Ancaq bir şeyi də nəzərə almaq lazımdır ki, əgər klub yaxşı transferlər həyata keçirirsə, deməli, iddiası böyükdür.
- “Qəbələ”nin heyətində sizə qarşı oyunda xüsusi olaraq kimi qiymətləndirərdin?
- Mahirin oyununu xüsusi qiymətləndirərdim. Demək olar ki, rəqibin hücumları daha çox Mahirin olduğu sağ cinah mövqeyindən baş tuturdu. Hiss olunur ki, Mahirin fiziki gücü də xeyli artıb.
- Qarşıdan gələn milli komandanın Makedoniya yığmasına qarşı keçirəcəyi yoldaşlıq görüşü haqda nə deyə bilərsən?
- Bu gün saat 15.00 radələrində milli komanda bir yerə tolanacaq. Meydan sahibləri olduğumuzu və doğma azarkeşlər önündə oynadığımızı nəzərə alsaq, qələbə qazana bilərik.
Foto: Viktoriya Melnik, azerifootball.com
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi