Premyer Liqanın Əsasnaməsi dəyişdi

ÖLKƏ FUTBOLU 6 Avqust 2011 / 14:45 3183
-  A +

Futbol üzrə Azərbaycan Premyer Liqasının Əsasnaməsində dəyişiklik edilib.

Bu haqda Lent.az-a Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib. Onun sözlərinə görə, dəyişiklik həm də I divizionla bağlıdır.

Bu isə ondan ibarətdir ki, 2011-2012-ci il mövsümündə I divizionda 2-ci yeri tutan komanda Premyer Liqanı 11-ci pillədə başa vuranla “pley-off” oyunu keçirəcək.

Beləliklə, növbəti mövsüm elitada oynamağa kimin daha layiqli olduğu müəyyənləşəcək.

Musayevin fikrincə, bu qərar həm Premyer Liqanın ikinci “6-lığ”ında, həm də I divizionda rəqabətin daha artımına kömək edəcək.

 

Daha çox


Son xəbərlər
topaz banner