Avroliqanın III təsnifat mərhələsi çərçivəsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Belçikanın "Brügge" klubunun baş məşqçisi Adri Koster ötən gün keçirilən püşkatmanın nəticəsinə münasibət bildirib.
Qol.Az-ın məlumatına görə, Koster "play-off"da "Brügge"yə rəqib olan Gürcüstanın "Zestafoni" klubu haqda məlumatının olmadığını bildirib və "Qarabağ"la Bakıdakı oyunda komandasının yorğunluğundan gileylənib:
"Rəqib haqda heç bir məlumatım yoxdur. Lakin bircə onu bilirəm ki, yenə də uzun bir səfərə çıxacağıq. Hansı ki, daha öncə getdiyimiz Bakıdan 4 və ya 5 yüz kilometr məsafədə yerləşir. Bizi Gürcüstanda nələrin gözlədiyini deyə bilmərəm.
Bununla belə, rəqib haqda tez bir zamanda məlumat toplamalıyıq. Əks təqdirdə işimiz çətinə düşəcək. Buna görə də, köməkçilərimi Gürcüstana göndərəcəyəm. Rəqibə hörmətlə yanaşırıq. Lakin bu mərhələni də uğurla adlamaq niyyətindəyik.
Bakıda çox ağır oyun keçirdik. "Qarabağ" bizə yetərincə müqavimət göstərdi. Bununla belə, lazımi hesabı qoruya bildik və "play-off"a yüksəldik. "Qarabağ"la oyundan sonra komandamda yorğunluq hiss olunur. Lakin bu, qarşıdakı oyunlar üçün bəhanə olmamalıdır. Ona görə də, növbəti oyunlara da ciddi yanaşmalı və öz üzərimizdə səylə çalışmalıyıq. Çünki bu mövsüm biz Avroliqanın qrup mərhələsinə düşməyi hədəfləmişik.
"Qarabağ" ötən mövsüm Azərbaycan çempionatını 3-cü pillədə başa vurub. "Zestafoni" isə son Gürcüstan çempionudur. Ona görə də, hesab edirəm ki, "Zestafoni" "Qarabağ"dan daha güclüdür".
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı