"Xəzər Lənkəran"dan daha bir rəsmi transfer

"Xəzər Lənkəran"dan daha bir rəsmi transfer
ÖLKƏ FUTBOLU 5 Avqust 2011 / 18:12 4076
-  A +

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, sloveniyalı hücumçu Deyan Rusiç klub ilə 2,5 il müddətinə müqavilə imzalayıb.
 
28 yaşlı Rusiç ölkəsinin klublarından savayı Rumıniyanın “Timişoara” və Rusiyanın “Spartak Nalçik” komandalarının şərəfini qoruyub.
 
Ötən mövsümün ikinci yarısını isə futbolçu Səudiyyə Ərəbistanının “Əl Taavon” klubunda oynayıb. Hücumçu həmçinin 2007-ci ildən etibarən bir neçə dəfə Sloveniya milli komandasının heyətinə də çağırılıb.

Daha çox


Son xəbərlər
17.05.25  15:18

Ronaldo yeni klub alır