“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov dünən Avropa Liqasında “Brügge”yə qarşı keçirilmiş oyundan sonra Qol.Az saytınının suallarını cavablandırıb
- İlk öncə “Brügge”ni məğlub etdiyiniz oyun haqda fikirlərini bilmək istərdim.
- Bu görüşə güclü hazırlaşmışdıq. Çox istəyirdik ki, onları burda istədiyimiz kimi məğlub edib mərhələ adlayaq. Çünki qələbəyə köklənməklə yanaşı, həm də bizi dəstəkləyən azarkeşləri də düşünürdük. Mərhələni keçə bilməsək də, heç olmasa, Avropa turnirini qələbə qazanaraq başa vurmaq əzmindəydik. Buna nail olmaq üçün meydanda canımızı da qoymağa hazır idik. Şükürlər olsun Allaha ki, istəyimizə nail olaraq, meydanı başıaşağı tərk etmədik. Artıq Avroliqa turniri bitib. İndi çempionat başladığından artıq bütün diqqətimizi qarşıdakı oyunlara yönəldəcəyik.
- Dünənki oyunda komandanın heyətində oruc tutan futbolçular var idi?
- Meydandakı futbolçular, o cümlədən mən oruc tutmamışdıq.
- Sənin, eləcə də komanda yoldaşlarının qol vurmaq imkanı olsa da, istəyinizə nail ola bilmirdiniz.
- Azərbaycan futbolunun əsas problemi odur ki, sonuncu zərbəni dəqiq vura bilmirik. Futbolda ələ düşən imkanlardan yararlanmaq çox böyük əhəmiyyət daşıyır. Götürək rəqiblə səfərdə qarşılaşdığımız oyunu. Qapımız önündə beş təhlükəli vəziyyətləri oldu ki, onun dördündən istifadə etməyi bacardılar. Bizim isə bu qədər qol vurmaq imkanlarımız oldu. Təəssüflər olsun ki, bunun yalnız birindən istifadə edə bildik.
- Elə isə səncə, səviyyəli legioner hücumçuya ehtiyac yoxdumu?
- Legionerin əksəriyyətinin Azərbaycan futboluna xeyiri dəymirsə, onlar nəyimizı lazımdır? Ölkəmizdə bir neçə səviyyəli legioner olsa da, onlar bura yalnız pul qazanmaq fikriylə gəlir, sonra da heç nə olmamış kimi çıxıb gedirlər. Güya səviyyəli dedikləri legionerlər Avroliqada nə edə bildilər? Hanı o Flavinyo? Hanı o biri legionerlər? Hər kəs əcnəbi futbolçu deyir. Şükürlər olsun ki, yenə “Qarabağ” Azərbaycan futbolunu Avropada layiqincə təmsil etdi. Xaricdən gələn futbolçu hardan bilsin ki, Azərbaycan eşqinə oynamaq nə deməkdir. Yerli futbolçularımız meydanda canını qoyaraq 90 dəqiqə mübarizə aparanda, legionerlər onlardan az qaçırlar. Azərbaycan futbolunun uğuru onların nəyinə lazımdır? Biz heç olmasa futbolumuza reytinq xalları gətirmək naminə əlimizdən gələni edirik. Yaxşı, əsl səviyyəli legionerlər Azərbaycana gəlməz.
- Rəşad Sadiqov “Brügge” ilə səfərdəki matçda oynamadı, ev oyununda meydana çıxdı. Oyununuzda fərqi hiss etdiniz?
- Əlbəttə, çox böyük fərq vardı. Əgər Rəşad səfərdəki oyunda olsaydı, onlara ən azı bizi böyük hesabla məğlub etməyə imkan verməyəcəkdik. Rəşada öz minnətdarlığımızı bildiririk ki, özündə güc taparaq meydana çıxdı, komandanı çətin vəziyyətdə qoymadı. Bu cür ağır itkidən sonra özündə güc taparaq meydana dönməsi, onun həm böyük insan, həmdə əla futbolçu olduğuna sübutdur. Rəşadın “Qarabağ”da oynaması komandanın 40 faizi deməkdir.
- Qurban Qurbanov yeganə qolun müəllifi Bəxtiyar Soltanovu oyunun axırları deyil, bir az erkən buraxsaydı, hesab başqa cür ola bilərdi?
- Əvvəla, Qurban müəllim daha yaxşı bilir, kimi nə vaxt meydana buraxsın. Birdə ki, baş məşqçimiz doğrudan da, bu yöndə əla bacarığa malikdir. Hər şeyin yerini və vaxtını hansı futbolçunu nə vaxt döyüşə atmağı mükəmməl bilir.
- Digər komanda yoldaşınız Adamiyanın oyunu çoxdandı heç alınmır. Bəlkə onda da “Neftçi”nin hücumçusu Bahadır Nəsimov kimi “xəstəlik” yaranıb.
- Bu cür fikirləşmək düzgün olmaz. Adamiyanın böyük təcrübəyə malik olduğunu unutmamalıyıq. Onun həm Avropa, həm də futbolçu təcrübəsi dediyiniz oyunçulardan daha çoxdur. Ümumi götürəndə Adamiya heç də pis təsir bağışlamadı. Sadəcə, ola bilər ki, bir az yorğunluğu vardı. O, “Qarabağ”ın qalib gəlməsi üçün əlindən gələni etməyə çalışır. Mən heç vaxt inanmıram ki, Adamiya Bahadır kimi “xəstəliy”ə tutulsun. Ola bilsin, özbəkistanlı legioner ulduz xəstəliyinə tutulub, ancaq bizdə belə şeylər ola bilməz. Bizim futbolçular başlarını aşağı salıb öz işləri ilə məşğuldular.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı