Ramin Musayev və Berti Foqts Rövnəq Abdullayevin yanında mübahisə etdi

Ramin Musayev və Berti Foqts Rövnəq Abdullayevin yanında mübahisə etdi
ÖLKƏ FUTBOLU 5 Avqust 2011 / 13:37 3030
-  A +

Dünən “Qarabağ” – “Brügge” oyunundan sonra mill komandamızın baş məşqçisi Berti Foqtsla Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev arasında mübahisə düşüb.

Qol.Az-ın məlumatına görə, stadionun girişində AFFA-nın prezidenti Rövnəq Abdullayev, AFFA-nın baş katibi Elxan Məmmədov, Ramin Musayev, Berti Foqts və “Turan”ın prezidenti Musa Süleymanov arasında ayaqüstü söhbət olub.

Sözügedən şəxlər “Qarabağ”ın oyunu haqqında danışarkən, Foqts Rövnəq Abdullayevin yanında Ramin Musayevə “Neftçi” – “Qarabağ” görüşünün təxirə salınmasına görə etirazını bildirib. Bundan sonra tərəflər arasında mubahisə yaranıb. Ətrafdakılar mübahisənin dərinləşdiyini görsələr də, AFFA prezidenti bunu təbəssümlə qarşılayıb. Musayev isə Foqtsun iradına cavab olaraq deyib ki, bu qarşılaşma “Qarabağ”ın müraciəti və “Neftçi”nin razılığından sonra təxirə salınıb. Musayev buna səbəb kimi “Qarabağ”ın avrokubok oyunlarını və havaların isti olmasını göstərib.

Mübahisə təxminən 5 dəqiqə davam edib. Rövnəq Abdullayev tələsdiyi üçün mübahisə yarımçıq qalıb.

Son xəbərlər