Bu gün Avroliqanın III təsnifat mərhələsinin oyunlarına star verilib. Qol.Az-ın məlumatına görə, bu mərhələdə yeganə təmsilçimiz olan “Qarabağ” da bu axşam “Brügge” ilə cavab görüşünə çıxıb.
Səfərdə keçirilən ilk oyunda rəqibinə 1:4 hesabı ilə məğlub olan “Qarabağ”ın evdə işi heç də asan deyildi.
Növbəti mərhələyə adlamaq üçün Qurban Qurbanovun komandası rəqib qapısından 3 cavabsız top keçirməlidir. Lakin rəqibin güclü olması “Qarabağ”ın şanslarını müəyyən qədər azaldırdı.
Bununla belə, “Qarabağ” klubu doğma azarkeşlər önündə ən azı minimal hesabla da olsa, qələbə qazanmaq istəyirdi. Bu həm komanda, həm də Azərbaycanın reytinq xalı üçün çox əhəmiyyətli idi. Gözlənildiyi kimi, "Qarabağ" doğma azarkeşləri önündə qələbə qazanmağı bacardı.
Matçın 82-ci dəqiqəsində meydana daxil olan Bəxtiyar Soltanov az sonra "Qarabağ"ın qələbə qolunu vurur. Bu Soltanovun "Qarabağ"ın heyətində vurduğu ikinci qol olur. Bəxtiyarın qolu "Qarabağ"a qələbə qazandırsa da, bu komandanın "play-off"a çıxaması üçün yetərli olmur. Bununla belə, "Qarabağ" avrokubokdakı son görüşünü qələbə ilə başa vurmaqla yanaşı, aktivinə 0,250 xal yazıdırıb.
Bu mövsüm ölkəmizə ən çox reytinq xalı qazandıran “Qarabağ” klubundan hər kəs bu mövsüm də ən azı Avroliqanın “play-off” mərhələsinə düşməyi gözləyirdi. Lakin Avroliqanın ilk mərhələsində Litvanın “Banqa” klubunu bir nəfəsə keçən “Qarabağ” növbəti rəqiblə görüşdə müəyyən çətinlik yaşadı. Farer adalarının “Streymur” klubu “Qarabağ” üçün kifayət qədər çətinlik yarada bilmişdi.
Təəssüf ki, “Qarabağ” Avroliqanın III təsnifat mərhələsində daha güclü rəqiblə Belçikanın “Brügge” klubu ilə qarşılaşdı. Üstəlik ilk oyunda böyükhesablı məğlubiyyət komandamızın işini daha da çətinə saldı. Bununla belə, "Qarabağ" gələn mövsüm daha da irəli gedəcəyinə inanırıq. Bunun üçün isə daha bir il gözləməli olacağıq.
4 avqust
Avroliqanın III təsnifat mərhələsinin cavab görüşü
21:00. “Qarabağ” – “Brügge” - 1:0
Qol: Bəxtiyar Soltanov, 88 (1:0)
Hakimlər: Saşa Kever, Daniel Vermelinger, Raffael Zeder, Stefan Bulman (hamısı İsveçrə).
UEFA nümayəndəsi: Genadi Skurtul (Moldova).
Hakim-inspektoru: Nathan Bartfeld (Moldova).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
"Qarabağ"ın start heyəti: 99. Boyan Pavloviç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k) (Nderim Necipi, 76), 7. Namiq Yusifov, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya (Bəxtiyar Soltanov, 82).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 4. Zaur Həşimov, 9. Bəxtiyar Soltanov, 10. Emin İmaməliyev, 18. İlqar Qurbanov, 20. Nderim Nedzipi, 23. Tural İsgəndərov.
"Brügge"nin start heyəti: 1. Kolin Kusemans, 2. Tom Hoqli, 3. Mixael Almedak, 8. Lior Refaelov, 9. Byorn Vleminks (Yozef Akpala, 62), 13. Viktor Vaskes (Fries Deşilder, 66), 18. Rayan Donk (k), 19. Tomas Menuer, 20. Tibaut Van Aker, 28. Yannes Vansteenkiste, 32. Vadis Ocica.
Ehtiyat oyunçular: 33. Vladimir Kuyoviç, 4. Karl Hufkens, 6. Niki Zimlinq, 50. Sven Doest, 15. Yozef Akpala, 16. Maksim Lestyen, 26. Fries Deşilder.
Salah üzr istəyib
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video
"İstəməzdik bu gün belə olsun" - Azər Bağırov
"Qarabağ"dan zədəli futbolçularla bağlı açıqlama
Azərbaycanda FİFA referilərinin sayı artdı
"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
"Şəki Siti"yə texniki məğlubiyyət verildi
AFFA "Qarabağ"ı 10 min cərimələdi
"Qarabağ"ın rəqibi ilk qış transferini reallaşdırdı
Azərbaycanın yeni Deflimpiya dövrü
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
Tanınmış məşqçi vəfat etdi
Millimizin sabiq üzvü Estoniya klubunda
Bikalyo "Sabah"la oyun haqda - "Dözümlülük çatmadı"
UEFA-dan AFFA-ya məktub
Azərbaycan UEFA reytinqində gerilədi
Zlatan İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzaladı
“Napoli” “Milan”a qalib gəlib finala yüksəldi - Video
Konfrans Liqası: 1/8 finalçılar və pley-offçular
Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı
Misli Premyer Liqasında həftənin hakimləri açıqlandı