Belçikada «Brügge»yə 1:4 hesablı məğlubiyyətdən sonra «Qarabağ»ın rəhbərliyi və məşqçi korpusu medianın tənqidləri ilə üzləşib. Məsələylə bağlı Qol.Az saytının müxbiri “Qarabağ”ın direktoru Əmrah Çəlikələ müraciət edib
- “Brügge”yə məğlubiyyətdən sonra “Qarabağ”a yönəlmiş müəyyən tənqidlər var. Məğlubiyyətin əsas səbəblərindən biri kimi yorğunçuluq göstərilir. Bunu isə futbolçuların səfər oyununa çarter reysi ilə yox, daha qəliz marşrutla yollanması ilə əlaqələndirirlər.
- Necə yəni? Çarter reysi ilə getsəydik, komanda uduzmayacaqdı? Mən bu fikirlə razılaşmıram. Bildiyiniz kimi, Farer adalarına Bakı-İstanbul-Kopenhagen reysi ilə getdik. Səfər zamanı Danimarkada çox gözləmədik. Sadəcə qayıdanda komanda bir az gözləməli oldu. Eləcə də “Brügge” ilə səfər oyunu zamanı. Məncə, yorğunçuluğun əsas səbəbi bu deyil. Bu komanda üç ildir avrokuboklarda mübarizə aparır. Bundan başqa, milliyə oyunçu verir və eyni zamanda ölkə çempionatında çıxış edir.
- Nəzərə alaq ki, Avropanın bir çox klubları bu saydığınız işləri görür. Bəs, onlar niyə yorğunçuluqdan şikayətlənmirlər?
- Gəlin, bizim komandaları Avropa klubları ilə müqayisə edək. Əlbəttə, onlar daha az yorulurlar. Bunlara bir söz deyə bilmərəm. Amma baxın, onların şəraiti daha yaxşıdır və futbolçuları daha çox istirahət edirlər. “Qarabağ” Avropada çox uğurlu çıxış edən, tanınan və çəkinilən komandadır. Bu şərait altında bizim futbolçularımızın bu cür uğurlu çıxışı çox təqdirəlayiq haldır.
- Komandanın Avroliqanın son matçlarında - “Streymur”la səfər və ev oyunlarında, bundan başqa, “Brügge” ilə Belçikadakı görüşdə zəif təsir bağışlaması klubun səviyyəli transfer etməməsi ilə əlaqələndirilir. Buna münasibətinizi bilmək istərdik.
- Biz “Brügge” ilə oyundan əvvəl də futbolçu transfer edə bilərdik. Ancaq daha çox gənc və yerli futbolçulara üstünlük veririr. Bu özəlliyimizi də itirmək istəmirik. İstədiyimiz, maraqlandığımız yerli oyunçular var idi. Ancaq öz klubları ilə müqavilələri olduğundan, onların keçidini gerçəkləşdirə bilmədik. Ümumiyyətlə, bundan sonra legioner transferini daha da azaldacağıq. Bu isə bizim maddi durumumuzla əlaqəli deyil.
- Müzakirə olunan əsas mövzulardan biri də “Qarabağ”ın səfər oyunlarının canlı yayımlanmaması oldu. Yerli telekanallar bu işdən boyun qaçırdı. Bunu nəzərə alırıq. Bəs, klub tərəfindən niyə hər hansı təşəbbüs olmadı? Ən azından azarkeşləri nəzərə alıb, hər hansı bir varianta əl atmaq olardı.
- Mən daha əvvəlcə də demişdim. Yenə deyirəm, canlı yayımla bağlı bizim hər hansı bir telekanalla danışıq aparmağımız düzgün deyil. Futbolçuların oyununu, onların yorğunluğunu Avropa ilə müqayisə edəndə, niyə teleyayım məsələsini də düşünmürsünüz? Avropada necədir teleyayım haqqı? Elə vaxt olub ki, bizim oyunumuzun canlı yayımlanması üçün oradakı telekanala pul vermişik. Hər şeyi özümüz təşkil etmişik. Amma Farer adalarındakı oyunda stadionda tablo belə yox idi. Belçikada “Brügge” ilə keçirdiyimiz görüşü heç bir telekanal yayımlamadı. Litvadakı matçda da heç bir telekanal yox idi. Həmin görüş internetdən yayımlandı. Yəni bizim müdaxilə edə biləcəyimiz hər hansı vəziyyət yaranmadı. Bu sualı telekanalllarımıza versəniz, daha yaxşı olar.
- Premyer Liqanın ilk turunda “Neftçi” ilə oyun təxirə salındı. Buna səbəb nə oldu? Əgər bu görüş “Brügge” ilə oyundan əvvəl olsa idi, klub rəhbərliyini başa düşmək olardı. Hətta “Brügge” “Qarabağ”la matçdan əvvəl Belçika çempionatının ilk oyununda “Vesterlo” ilə qarşılaşdı və rəqibini darmadağın etdi.
- Altı gün əvvəl Belçikada “Brügge” ilə oynamışıq. Uzun yoldan gəlmişik. Sabah yenə matça çıxacağıq. Sabahkı oyundan iki gün sonra “Neftçi” ilə qarşılaşmaq futbolçulara əlavə çətinlik yaradacaqdı. Çünki ayın 10-da da Makedoniya ilə oyun var. “Neftçi” ilə oyunun təxirə salınması Azərbaycan futboluna ancaq xeyir verəcək.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi