«Neftçi»nin yeni baş məşqçisi Böyükağa Hacıyevin Qol.az saytına müsahibəsi
- İlk olaraq sizi təbrik edirik. Yəqin ki, komandanın futbolçuları ilə artıq tanış olmusunuz.
- Dünən komandayla birgə ilk məşqimə çıxmışam. Düzdür, futbolçuların yarısı bizimlə birgə deyildi. Bildiyiniz kimi, “Neftçi”nin bir çox oyunçusu əsas milli komandanın, digərləri isə U-21 heyətinə cəlb olunub. Buna baxmayaraq, digər futbolçularla tanışlıq mərasimi oldu. Digər oyunçularla da tanışlığımız yaxınlarda baş tutacaq. Mənə elə gəlir ki, problemimiz olmamalıdır.
- Mətbuata açıqlamanızda “Neftçi”ə çempionluq qazandırmaq üçün gəldiyinizi bildirmisiniz.
- Əvvəla, general olmaq istəməyən əsgər əsgər deyil. İkincisi isə, çempionun nəyini çempion edəsən? Biz çalışacağıq ki, bu komandanın oyun dəsti xəttində bir sıra kefiyətləri üzə çıxararaq, aşılıyaq. Əlimizdən gələni edəcəyik ki, “Neftçi” yüksək yerlər uğrunda mübarizə aparıb medallara sahib olsun. Ən vacibi də ondan ibarətdir ki, bu komanda çempion olduqdan sonra Avrokuboklarda da uğurla yarışsın.
- Klublarımız ölkə çempionu olmaq üçün və ya Avroliqaya vəsiqə uğrunda mübarizə aparırlar. Ancaq Avropa yarışlarında fiaskoya uğrayırlar.
- Vaxtilə mən özüm də «Bakı» komandasıyla birgə Çempionlar Liqasını ilk mərhələdə tərk etmişəm. Səfərdəki məğlubiyyətdən sonra evdə minimal hesablı qələbə bizi qane etmədi və mübarizəni dayandırmalı olduq.
Yəni demək istəyirəm ki, Avropa oyunlarında təcrübəm var. “Neftçi”nin oyunlarını da analiz etmişəm. Əsas odur ki, bundan sonra komandanı psixoloji cəhətdən əla hazırlamaq lazımdır.
- “Neftçi”nin heyətində hansısa dəyişiklik olacaqmı?
- Mən dağıdıcı insan deyiləm ki, gələn kimi hər şeyin üstündən xətt çəkim. Gəlmişəm ki, bu komandayla iş görüm, onu uğurlara daşıyım. Düşünürəm ki, bu klubda yetərincə yaxşı material var. “Neftçi”də hansısa mövqedə bir zəiflik hiss etdikdə, çalışacağıq onu aradan qaldıraq.
- Heyətdəki legionerlərin səviyyəsi sizi qane edir?
- Mpenzanın çox güclü futbolçu olduğunu yaxşı bilirik. Əgər o, Azərbaycanda potensialını lazımı səviyyədə üzə çıxara bilmirsə, biz ona yardım etməliyik. Digər futbolçulara gəlincə, məsələn, Flavinyo vətəni Brazilyada yetərincə tanınır, Denis Silvanın “Xəzər Lənkaran”dakı çıxışları yadımızdadır. Motreskini Moskva “Spartak”ında oynayıb, Makedoniya yığmasının şərəfini qoruyur. Bu və digər legionerlər potensialları var və onlar bunu açmalıdırlar. Mən “Neftçi”də heç kimə ilk “11”likdə oynamağə söz verməmişəm. Hər bir futbolçu əsas heyətdəki yerini alın təri, yaxşı oyunu hesabına qazanmalıdır.
- Siz daha çox yerli, yoxsa əcnəbi futbolçulara üstünlük verəcəksiniz?
- Rail Məlikov, Ruslan Abışov, Ruslan Əmircanov və Cavid Hüseynov əsas milliyə dəvət olunan futbolçulardır. Onların qabında nəsə var ki, yığma komandaya dəvət olunublar. Ümumiyyətlə, futbolçular arasında ayrıseçkilik qoymaq fikrim yoxdur. Onların hər biri mənim üçün çox əzizdir. Hamıya eyni gözlə baxıram və mənim sevimli oyunçum yoxdur.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı