Fərid Quliyev “Neftçi”yə qayıdır

Fərid Quliyev “Neftçi”yə qayıdır
ÖLKƏ FUTBOLU 3 Avqust 2011 / 12:30 2814
-  A +

“Neftçi”nin yeni baş məşqçisi Böyükağa Hacıyev Fərid Quliyevi yenidən komandaya qaytarır. 25 yaşlı hücumçu bu gün axşam saatlarında “ağ-qaralar”ın düşərgəsinə qoşulacaq.

Məlumatı Qol.Az-a açıqlamasında “Neftçi”nin yeni baş məşqçisi Böyükağa Hacıyev də təsdiqləyib. Onun sözlərinə görə, Fəridlə söhbətindən sonra forvardın komandaya götürülüb-götürülməyəcəyinə aydınlıq gələcək:

“Fəridin oyun üslubuna yaxşı bələdəm. Ona görə də onu baxışdan keçirməyə ehtiyac yoxdur. Axşam bazaya gələcək. Onunla söhbətimizdən sonra məsələ öz həllini tapacaq”.

Qeyd edək ki, Arif Əsədovun istəyilə ötən ilin qışında “Simurq”a icarəyə verilən Quliyev vaxtilə Böyükağa Hacıyevin başçılğı altında “Standart”da çıxış edib.

Daha çox


Son xəbərlər