“Brügge”nin qapıçısı: “Cütün favoriti bizik”

“Brügge”nin qapıçısı: “Cütün favoriti bizik”
ÖLKƏ FUTBOLU 3 Avqust 2011 / 11:26 1952
-  A +

“Hazırda Azərbaycandayam və telefonuma Belçikadan gözəl mesajlar gəlir. Əksər insanlar öz ad günlərində tort kəsib, şam söndürürlər. Mənim iki variantım var. Ya burda yerli şirniyyat mağazalarına girib, tort alacam, ya da Belçikaya qayıtmağımızı gözləyəcəyəm”.

Qol.Az-ın məlumatına görə, bu sözləri bu gün 19 yaşını qeyd edən “Brügge”nin gənc qapıçısı Kolin Kusemans deyib. “Qarabağ”la oyun barədə də danışan Kusemans cütün favoriti olduqlarını bildirib:

“İlk oyunda 4:1 hesablı qələbə yaxşı nəticədir. Cütün favoriti bizik. Bir az diqqətli olsaq, Bakıdan sərfəli nəticə ilə qayıda bilərik”.

Qeyd edək ki, "Qarabağ" - "Brügge" oyunu sabah, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:00-da keçiriləcək.

Daha çox


Son xəbərlər