"Bakı" klubunun baş məşqçisi Aleksandr Starkov klubun rəsmi saytına müsahibə verib. Qol.Az-ın məlumatına görə, Starkov yeni mövsümün astanasında işlərin qaydasında olduğunu bildirib:
"Zənnimcə hər iki təlim-məşq toplantısı yüksək səviyyədə keçdi. Klub bizim üçün əla şərait yaratmışdı. Mən oyunçulardan, onların işə yanaşmasından və hazırlığın gedişindən razıyam.
Kollektivimiz, tədricən, formalaşmaqdadır və əlbəttə ki, bu qısa bir proses deyil. Ötən mövsümlə müqayisədə heyətdə böyük dəyişikliklər baş verib. Həyatın tələbinə uyğun olaraq bir çox futbolçularla yolları ayırdıq. Ötənilki uğursuzluqdan sonra bu labüd idi.
Eyni zamanda komandaya yeni oyunçular gəlib. Onların hər birinin oyuna öz baxışı, yanaşma tərzi var. Onların uyğunlaşması üçün zaman tələb olunurdu. Bu proses hələ tam başa çatmayıb. Yeni komandanın yaranması dərhal baş vermir.
Çətinliklər var, bununla belə, məncə, biz qarşıda duran vəzifələrin həllinə qadir olan kollektiv yaratmağa nail oluruq.
Mən klubun prezidentindən “bizim əsas məqsədimiz nədən ibarətdir, qarşıdan gələn mövüm üçün prioritetlərimiz nədir?” – sualına çox düzgün cavab aldım.
O söylədi: "Bizə sözün əsl mənasında komanda yaratmaq lazımdır".
Bu nə deməkdir? Bu tək yaxşı oyun nümayiş etdirən, qollar vuran, qalib gələn komanda deyil. Əlbəttə ki, məğlubiyyətlər də olacaq. Ancaq əsası yaxşı və çətin günlərdə bir yerdə olan, dərdini və sevincini bölüşən vahid kollektiv yaratmaqdır. Bizim ana məqsədimiz, məhz, budur. Biz bu yolla irəliləyirik.
Çempionatın əvvəllərində heç bir komanda əla vəziyyətdə olmur. Finişə qədər uzun məsafə var. Uğurlu başlanğıc olduqca vacibdir. Bununla belə, hazırlıq planını qabaqlamaq da olmaz. Birinci və ikinci təlim-məşq toplantıları zamanı biz testlər tətbiq etdik. İşimizin bəhrəsi kimi nəticələrin yüksəldiyinin şahidi olduq. Bunu həm adi gözlə, həm də texniki vasitələrin köməyi ilə görmək mümkündür.
Orta sahədə və hücumda dəyişiklər etdik. Xüsusən də, hücum xəttinə diqqət ayırdıq. Şərti rəqib güclüdür, o bizim hücumların qarşısını almağa, dağıtmağa çalışır. Bunun üçün xüsusi hazırlıq tələb olunur. Komandamızın yeni üzvlərindən razıyam, onlar tək hücumda deyil, müdafiədə də yer alırlar. Ümid edirəm kİ, mövsüm boyu futbolçuların inkişaf edəcəyinin şahidi olacağıq.
Ötən mövsüm göstərdi ki, əgər kollektiv, komanda yoxdursa, qələbələrin sayı az olacaq. Bu gün biz yeni komanda qururuq. Bizə, hətta, uğursuzluq olanda belə dəstək lazımdır. Dəstək çətin günlərdə daha da önəmlidir. Əminəm ki, bunun qarşılığını görəcəksiniz.
Azarkeşlərimizə söz verirəm ki, onların dəstəyinin qarşılığını yaxşı oyunla və müsbət nəticə ilə verəcəyik".
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı