Bu gün Azərbaycan yığmasının açıq məşqi keçirilib. Qol.Az-ın məlumatına görə, milli komandamızın baş məşqçisi Berti Foqts məşqdə jurnalistlərin suallarını cavablandırıb.
- Hazırlıq haqda nə deyə bilərsiniz?
- Dünən axşam və bu gün səhər məşqləri izləmişəm. Buna əsasən deyə bilərəm ki, ümumilikdə razıyam. Futbolçular belə isti hava şəraitində çalışmaları məni razı salır.
- Avqustun 10-da Makedoniya ilə yoldaşlıq görüşündən nə gözləyirsiniz?
- Həmin oyunda müəyyən testləri həyata keçirəcəyəm. Həmin görüş bizim üçün rəsmi oyunlar öncəsi yaxşı bir sınaqdır. Çünki Makedoniya ilə oyundan sonra dalbadal 3 ev oyunumuz var və bunlara ciddi hazırlaşırıq.
- Bu sınaqlar taktika ilə bağlı olacaq?
- Yox. Taktiki gedişləri klublarda edirlər. Biz müəyyən testləri yerinə yetirəcəyik.
- DÇ-2014-ün seçmə mərhələsində püşkü necə dəyərləndirərdiniz?
- Çox maraqlı qrupa düşmüşük. Portuqaliya yığmasında Ronaldo, Nani kimi ulduz futbolçular oynayır. Onlarla qarşılaşmaq gənc komandamız üçün yaxşı təcrübə olacaq. Portuqaliya ilə oyunlar bu baxımdan müəyyən əhəmiyyət kəsb edir. Rusiya yığması ilə vaxtilə bir seçmə mərhələdə düşdüyümüzdən, necə oynadıqlarını bilirik. İsrail yığması texnikalı futbolu ilə seçilir. Şimali İrlandiya millisi aqressiv oynayır. Lüksemburq yığması ilə görüşdüyümüzdən, onun haqda da məlumatımız var. Portuqaliya və Rusiya yığması bu qrupun favoritidir, Azərbaycan yığması yox. İsrail yığmasını da hesabdan silmək olmaz.
- Rusiya mətbuatında “Azərbaycan yığmasının dünya çempionatının final mərhələsinə çıxmaq şansı yoxdur” fikriniz yer alıb...
- Mən heç kimə belə bir açıqlama verməmişəm.
- Braziliyada atılan püşkdən sonra mətbuata danışmamısınız?
- Yox. Ümumiyyətlə, orada heç bir görüşüm olmayıb. Braziliyadan bura 19 saatlıq yol qət etmişəm.
- Almaniyanın “Frayburq” klubundan dəvət etdiyiniz Ufuk Budakı sizə həmyerliniz, 21 yaşlılardan ibarət yığmamızın baş məşqçisi Bernard Lippert məsləhət görüb?
- Yox. Mən onu mayda U-21-in Moldova ilə yoldaşlıq görüşündə görmüşəm. Onun oyunu çox xoşuma gəldi. Sonradan Almaniyada olduğum müddətdə çıxış etdiyi “Frayburq”un baş məşqçisi ilə görüşdüm. O, mənə Ufuk haqda lazımı məlumatlar verdi. Düzdür, Budak hələ gəncdir və əsas yığmaya hazır deyil. Ancaq millinin gələcəyi gənc futbolçular olduğundan, onlara indidən yol açırıq. Ufuka əsas yığmada hazırlaşmaq yaxşı təcrübə olacaq.
- Futbolçularımız Qazaxıstanla rəsmi görüşü süni örtüklü meydançada oynadıqlarından şikayətlənirdilər. Onlar üçün belə meydançada oynamaq çətindir...
- Futbolçular mənə bu haqda heç nə deməyiblər. Bu, yoldaşlıq görüşüdür. Sintetik qazon hazırlıq üçün nəzərdə tutulub.
- “Qarabağ”ın “Brügge” ilə cavab görüşünü izləyəcəksiniz?
- Bəli. Premyer Liqanın ilk turlarını da izləyəcəyəm.
- Artıq Ramazan ayı başlayıb və milli komandamızın əsasını təşkil edən “Qarabağ”ın futbolçuları oruc tuturlar...
- Mən hələ “Qarabağ”dan hələ heç bir futbolçunu hazırlığa cəlb etməmişəm. Onlar gələndən sonra Makedoniya yığması ilə yoldaşlıq görüşü günü bununla bağlı bir qərar verəcəyik.
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı