Foqts: "Qrupdan çıxmaq şansımız yoxdur"

Foqts: "Qrupdan çıxmaq şansımız yoxdur"
ÖLKƏ FUTBOLU 2 Avqust 2011 / 11:31 2346
-  A +

Azərbaycan millisinin baş məşqçisi Berti Foqts 2014-cü il dünya çempionatının seçmə mərhələsindəki püşkü dəyərləndirib. Qol.Az saytının məlumatına görə, 65 yaşlı almaniyalı "Rossiyskaya qazeta"ya müsahibəsində komandamızın çətin qrupa düşdüyünü bildirib.

Foqts Portuqaliya və Rusiya yığmalarını qrupumuzun favoritləri sayır: “Portuqaliya və Rusiya yığması bizdən qat-qat güclüdür. Bizim dünya çempionatına çıxmaq şansımız yoxdur. Əsas vəzifəmiz qrupda imkan daxilində daha çox xal toplamaqdır”.

Qeyd edək ki, iyulun 30-da Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən püşkdə iştirak edən Foqts düşdüyü F qrupunda rəqiblərinin Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya və Lüksemburq yığmalarının olduğunu öyrənib.

Daha çox


Son xəbərlər